|
Rəşan İsrafilov 15 il müddətinə azadlıqdan məhrum edilib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə qarşısında Rusiya Federasiyası vətəndaşı Rəşan İsrafilov cavab verib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə (120.2.4), təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə (120.2.9), quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə (120.2.11), zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq etmək (181.3.3) maddələri ilə ittiham olunub.
İttihama görə, ötən il oktyabrın 21-də Əzizbəyov rayonunun Pirallahı qəsəbəsi Xanlar küçəsi ev 21-də, orada yaşayan Rafiq Əliyevin boğaz nahiyəsində kəsik xəsarəti olan meyiti tapılıb. Əzizbəyov rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Rusiya Federasiyası vətəndaşı R.İsrafilov tərəfindən törədilməsi müəyyənləşdirilib. R.İsrafilov həbs edilib. Məhkəmənin hökmü ilə R.İsrafilov 15 il müddətinə azadlıdan məhrum edilib.
|