|
Sabirabadda qardaş qardaşını bu səbəbdən qətlə yetirib
Sabirabad rayonununda ağır qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, hadisə rayonun Əsədli kəndi ərazisində baş verib. Kənd sakini Fərzəliyev Sahib Telman oğlu kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Aparılan araşdırmalar zamanı isə müəyyən edilib ki, onu qardaşı, Fərzəliyev Mərifət Telman oğlu televizora baxmaq üstündə yaranmış mübahisə zəminində bıçaqlayıb. S.Fərzəliyevin qardaşı tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilib və qətldə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb. Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fərzəliyev həbs edilib. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.
|