|
Yol qəzası üç nəfərin həyatına son qoyub
Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir neçə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Qax rayonunun Qoragan kəndi ərazisində Şəki şəhər sakini Rövşən İsmayılovun idarə etdiyi "VAZ-21074" markalı və Marsan kənd sakini Asim Mustafayevin idarə etdiyi "Moskviç-2141" markalı avtomaşınlar toqquşub. Sonradan R.İsmayılov idarəetməni itirərək onu yolun kənarındakı ağaca vurub. Nəticədə R.İsmayılov və sərnişinləri - anası Nabat, həmyerliləri Nigar Allahverdiyeva və Ruslan Tanrıverdizadə hadisə yerində dünyasını dəyişib. Xəsarət alan Bayram Tanrıverdizadə isə xəstəxanaya yerləşdirilib. Əzizbəyov rayonu Binə qəsəbəsi ərazisində, qəsəbə sakini Elnur Qurbanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən 35-40 yaşlı qadını vurub. Nəticədə ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
|