|
5 nəfər xəsarət alıb
Sabunçu rayonu Maştağa qəsəbəsində iki yanğın hadisəsi qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Maştağa qəsəbəsi H.Heybətov küçəsində yaşayan Sona Hüseynovaya məxsus, ümumi sahəsi 10 kvm. olan mətbəxdə yanğın baş verib. Nəticədə bütövlükdə mətbəxin yanar konstruksiyaları yanıb. S.Hüseynova və onun qonşusu Fəridə Hadıyeva isə yanıq xəsarətləri alıb. Sabunçu rayonunun Maştağa qəsəbəsi Zərdabi küçəsi, ev 10-da qaz sızmasından baş verib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlı uşaq, biri isə orta yaşlı kişidir. Xəsarət alan Kamal Rzayev 3 saylı Sabunçu xəstəxanasına çatdırılıb. Xəsarət alan Nizami Rzayev və onun qızı - Zeynəb Rzayeva Nərimanov rayon 5 saylı kliniki xəstəxasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırmalar aparılır.
Ayxan
|