|
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mail Bayramovun sədrliyi ilə qətl hadisəsi törətməkdə ittiham olunan şəxslərə hökm oxunub. Məhkəmə qarşısında Afər və Azər Məmmədov qardaşları cavab verib. İttihama görə, hadisə 2009-cu il iyulun 24-də baş verib. Quba rayon Zərqova kənd sakinləri Afər və Azər Məmmədov qardaşları Vəlvələ kənd sakini - qohumları Bəhram Tarverdiyevi münaqişə zəminində qətlə yetiriblər. Qardaşlar ruhi xəstəlikdən əziyyət çəkən B.Tarverdiyevi balta ilə qətlə yetiriblər. Məhkəmənin hökmü ilə Afər 14 il, Azər isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
|