Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Kamran yenə od püskürdü
"Adam belə şeylərdən iyrənir"

Azərbaycan yığmasının və "Xəzər-Lənkəran" klubunun qapıçısı Kamran Ağayevin apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına müsahibəsi

- Komandanın məşqlərində iştirak etməməyin nə ilə bağlıdır?

- Zədəm var. Antalyada toplanışının ikinci günü zədələndim. Həkimin məsləhəti ilə hələlik zədəmi sağaltmaqla məşğulam. İnşallah, Allahın köməyi ilə hər şey yaxşı olar.

- Qış fasiləsində xarici kluba keçmək məsələsi ilə bağlı son vəziyyət necədir?

- Mənim "Xəzər-Lənkəran"la müqaviləm var. Sizi necə başa salım, ortaq məxrəcə gələ bilmədik.

- Əgər doğrudan da real təklif var idisə, "Xəzər-Lənkəran"la müqavilə məsələsini razılaşdırmaq olmazdımı? Yəni, bu həm sənə xaricdə oynamaq, həm də kluba maddi baxımdan sərfəli olmazmı?

- Maddi baxım deyəndə ki, "Xəzər-Lənkəran"ın maliyyə problemi yoxdur. Klubun başında Mübariz Mənsimov kimi insan dayanıb. Nə qədər ki, Mübariz müəllim burdadır, inanmıram hər hansı maliyyə problemi olsun. Düzdür, hər kəsə pul lazımdır. Amma mən pula görə getmirəm. 4 ildir bu komandadayam, hələ bir dəfə də klubun prezidenti Mais Mənsimovla pul söhbəti etməmişəm. Nə veriblərsə, onu da almışam.

- Müqaviləniz olmasa, hansı klublara keçidin realdır?

- Müqaviləm olmasaydı... Düzünü deyim ki, Azərbaycanda başqa kluba keçməyi fikirləşməmişəm. Əgər "Xəzər-Lənkəran"la aramızda hər hansı problem yaranarsa, bəli, onda keçərəm. Bilirsiniz, 1-2 nəfərə görə bu komandadan ayrılmazdım. Burda hamı məni çox istəyir. Eləcə də, mən onları. Bir sözlə, "Xəzər-Lənkəran"ı başqa klubumuza dəyişmək istəmirəm. Bu komandada hər bir şərait var.

- Dediniz ki, bəzi klublardan real təklif almısınız. Heç olmasa, həmin ölkənin adını açıqlaya bilərsiniz?

- Yox, istəmirəm.

- Maraqlıdır ki, çoxları əcnəbi klublardan təklif aldığını deyir, amma ad çəkmirlər...

- Mən reklam olunmaq fikrində deyiləm. Hətta mənə yerli klublardan da təklif var. Futbolçuya təklif gələr də... Amma mənim deyiləsi sözüm var. Yəqin heç kim inciməz, futbolu elə vəziyyətə salıblar ki... Hərdən evdən çıxıram, biri mənə yaxınlaşıb deyir ki, çoxları futbola, milli komandaya tapşırıqla gəlib. Adam belə şeylərdən iyrənir. Başlayacaqsan mübahisə etməyə, axırda görürsən ki, futboldan anlayışı yoxdur. Utanmadan, arsız-arsız sual verirlər ki, biz də öz övladlarımızı milli komandaya düzəldə bilərikmi? Belə olmaz axı... Milli komanda hamının üzünə açıqdır. Bir də deyirlər ki, Azərbaycanda xaricdə oynamağa layiq futbolçu yoxdur. Təəssüf ki, bunu son vaxtlar çox insanlardan, hətta məşqçilərdən də eşidirəm. Onlara indiyədək fikir verməsəm də, məcburam ki, indi cavablarını verim. Həmin məşqçilər bir özlərinə də baxsınlar da. Düzdür, bu, hamıya aid deyil. Onda mən də soruşuram, Azərbaycanda məşqçi varmı? Səviyyəsiz legionerlər gətirirlər Azərbaycana. Ad çəkmək istəmirəm, elə klub var ki, 10-15 legioner sınayır. Vallah belə şey olmaz. Şəxsən mən "Milan"a, yaxud "Barselona"ya baxışa getmərəm. Əgər yaxşı futbolçuyamsa, tanınmışamsa, birbaşa müqavilə bağlayaram.

- Hər halda, ölkəmizə Azərbaycan çempionatının səviyyəsinə uyğun legionerlər gəlir...

- Onda mən də deməliyəm ki, Azərbaycanda məşqçi yoxdur? Amma var axı... Bu mütəxəssislərdən istifadə etmək lazımdır. Yəqin ki, inciməzlər məndən. Bizdə klubsuz qalan bəzi futbolçular var ki, heç kimə lazım deyillər. Gedib ölkə xaricində özlərinə komanda axtarırlar. Necə gedirlərsə, elə də geri qayıdırlar. Sonra da fikir formalaşır ki, Azərbaycanda səviyyəli futbolçu yoxdur. Amma məşqçi də, futbolçu da var. Təəssüf ki, xaricdə bəyənilən futbolçumuzu Azərbaycandan buraxmırlar. Hamı çempion olmaq istəyir deyə, futbolçularının xaricdə oynamasına imkan vermirlər.

- Amma "Qarabağ" Vaqif Cavadovun "Tvente"yə, "İnter" Mahir Şükürovun "Anyi"yə keçidinə mane olmadı.

- Onların öz komandalarından necə, hansı şəraitdə çıxmasını mən yaxşı bilirəm. Niyə "Neftçi" Ruslan Abışovu buraxmadı? Çünki özlərinin də məqsədi var, öz mənafelərini fikirləşirlər.
+  -  Çap 
Yerləşdirilib: 26.01.10 | Baxılıb: 276

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •