Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Rusların 5 illik həsrəti bitdi
"Birlik kuboku" "Rubin"in oldu

Rusiyanın "Rubin" klubu "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku" turnirinin yeni qalibi olub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Kazan təmsilçinin əvəzedici komandası finalda Qazaxıstanın "Aktobe" klubunu böyük hesabla məğlub edib - 5:2.
Görüşün həlledici anı "Aktobe"nin liderlərindən olan Uluqbəy Asanbayevin 60-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulması olub. "Rubin" məhz bundan iki qol vuraraq inamlı qələbə qazanıb. Bununla da ölkəmizi turnirdə təmsil edən "Bakı" klubu ilə bir qrupda yer alan, onu 1/4 finala çıxmağa qoymayan "Aktobe" ardıcıl ikinci il finalda büdrəyib. Qazaxıstan çempionu ötən il Moldovanın "Şerif" klubuna oyun sonrası penaltilər seriyasında yenildiyi üçün kuboku qazana bilməmişdi. "Rubin" isə "Birlik kuboku"nun qalibi olan üçüncü Rusiya təmsilçisi olub. Buna qədər kuboka Moskva klubları - 1993, 1994, 1995, 1999, 2000 və 2001-ci illərdə "Spartak" və 2005-ci ildə "Lokomotiv" sahib çıxıb. Maraqlıdır ki, "Lokomotiv" Bakının "Neftçi" klubu üzərində qazandığı əzmkar qələbə (2:1) ilə turnirin qalibi olub.
Göründüyü kimi, ruslar komandamızı udandan bu yana "Birlik kuboku"na həsrət qalmışdı. "Lokomotiv"dən sonra "Neftçi", 2007-ci ildə "Paxtakor" (Daşkənd), 2008-ci ildə "Xəzər-Lənkəran", ötən il isə "Şerif" (Tiraspol) yarışda ən güclü olmuşdu.
+  -  Çap 
Yerləşdirilib: 26.01.10 | Baxılıb: 209

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •