Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Haiti üçün ümid"
Dünya zəlzələdən sonra dağılmış ölkənin bərpası üçün həmrəylik nümayiş etdirir

Haiti prezidenti Rene Preval ölkəsində humanitar yardımın və qida məhsullarının sürətlə paylanması üçün BMT himayəsi altında "qırmızı dəbilqəlilər" bölmələri yaradılmasını təklif edib. Haiti liderinin fikrincə, BMT-nin "qırmızı dəbilqəlilər"i təbii fəlakətdən zərər çəkmiş bölgələrdə fəaliyyət göstərmək üçün xüsusi təlim keçməlidirlər. Onun sözlərinə görə, hazırkı "mavi dəbilqəlilər" sülhü qoruma üzrə vəzifələri yerinə yetirdikləri üçün fövqəladə şəraitlərdə fəaliyyət göstərə bilmirlər.
Artıq Haiti hökuməti dağıdıcı zəlzələdən sonra aparılan xilasetmə və axtarış əməliyyatlarını sona çatdırıb. Bu məlumatı BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsi yayıb. Məlumatda deyilir ki, beynəlxalq axtarış və xilasetmə qruplarının səyi nəticəsində dağıntılar altından bu günədək 132 insan sağ-salamat çıxarılıb. 7 ballıq zəlzələdən 10 gün sonra Haitinin paytaxtı Port-o-Prensidə 84 yaşlı qadın və 22 yaşlı oğlan dağıntılar altından sağ çıxarılıb. Təbii fəlakət 120 min insanın həyatına son qoyub. Hazırda 1,5 milyondan çox haitili evsiz-eşiksizdir. Haitidə zəlzələ qurbanlarına vaxtında ərzaq, su və dərman çatdırılmaması barədə tənqidlərə məruz qaldıqdan sonra beynəlxalq yardım işçiləri səylərini sürətləndirmək yollarını arayırlar. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Raciv Şah "Röyters" agentliyinə bildirib ki, fəlakətin miqyası çox böyükdür və təşkilat heç zaman ehtiyacları istənilən qədər cəld ödəyə bilməyəcək. Bir milyon yarımdan çox haitili zəlzələ nəticəsində evlərini itirib. BMT Ərzaq və Kənd Təssərüfatı Təşkilatı xəbər verir ki, paytaxtı tərk edərək Haitinin içərilərinə doğru üz tutan adamların sayı artır. BMT-nin Haitidə fəlakət riskini azaltmaq üçün müəyyən etdiyi nümayəndəsi Marqarit Valstrom Cenevrədə deyib ki, bütün dünya təhlükəsiz Haitini bərpa etməlidir. İnformasiya agentliklərinin məlumatına görə, hazırda yardım işləri daha çox evsizlərin problemlərinin həllinə yönəldilib. İndi çoxsaylı haitililər paytaxt da daxil olmaqla zəlzələdən daha çox ziyan çəkmiş yerlərdən adanın daha təhlükəsiz, zərbə almamış yerlərinə köçürülürlər.
Haitililərin köməyinə dünya şöhrətli ulduzlar da çatıb. Məşhurlar Haitiyə yardım fondu üçün xeyriyyə telemarafonu keçiriblər. Xeyriyyə tədbirinə aktyor Corc Kluni ev sahibliyi edib, 100-dən çox Hollivud ulduzu və musiqiçi də "İndi Haiti üçün ümid" adlı konsertdə iştirak ediblər. "MTV Networks" kanalının yayımladığı şou ABŞ və Haitinin müxtəlif şəhərlərindən canlı yayımlarla iki saat davam edib. Şou ABŞ-ın əksər aparıcı telekanallarında və "YouTube" portalında da yayımlanıb. Yardıma qoşulanlar arasında zəlzələdən sonra Haitiyə səfər etmiş ABŞ-ın keçmiş prezidenti Bill Klinton da olub.
Nyu-York rəsmilərinin dediyinə görə, BMT-nin 575 milyon dollar yardıma ehtiyacla bağlı təcili müraciəti nəticəsində 334 milyon dollar vəsait toplanıb. BMT-nin baş katibi Pan Qi Mun deyib ki, dünya birliyi nadir hallarda hansısa ölkə bu cür fəlakətlə üz-üzə qaldıqda belə həmrəylik göstərir. Amma Haitinin prezidenti Rene Preval ispan qəzetlərindən birinə deyib ki, onun ölkəsinə edilən maddi yardımlar ümumi koordinasiya olmadan həyata keçirilir.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 26.01.10 | Baxılıb: 256

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •