Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Deputatlar ABŞ-da görüşlər keçirirlər
Milli Məclisin ABŞ-da səfərdə olan üzvləri Kolorado ştatında görüşlər keçiriblər. Görüşlərdə iştirak edən millət vəkili Zahid Oruc APA-ya açıqlamasında bildirib ki, ABŞ səfərləri çərçivəsində Koloradoda yerli Konqresin rəhbəri və senatorlarla görüş keçiriblər. Görüşlərdə amerikalılara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb: "Biz Azərbaycan həqiqətlərini çatdıranda qarşı tərəfin bunu çox yüksək səviyyədə qəbul etdiyini gördük". Z.Oruc Koloradoda uydurma "erməni soyqırımı"nın simvolu olan abidə qoyulduğunu deyib. O, Qənirə Paşayeva ilə birlikdə Koloradoda azərbaycanlıların məruz qaldığı Xocalı soyqırımına həsr olunmuş abidənin qoyulmasını da təklif etdiklərini söyləyib: "Onlar bunu çox müsbət qəbul etdilər və müraciət olunarsa, münasib hüquqi addımlar atacaqlarına hazır olduqlarını bildirdilər. Bu məsələdə Koloradoda yaşayan azərbaycanlıların müraciətlərinin zəruri olduğunu diqqətə çatdırdılar".
Z.Oruc Koloradonu ABŞ Konqresində təmsil edən Reymond Polislə də görüşdüklərini açıqlayıb: "Bu görüşdə ABŞ Konqresinin Dağlıq Qarabağa son yardımının bölgə üçün doğurduğu nəticələri çatdırdıq və bundan narahatlığımızı ifadə etdik. O, bizim narahatlığımızı anlayışla qarşıladı".
Z.Oruc növbəti günlərdə ABŞ dövlət katibinin müavininin köməkçisi Tina Kaydanau və konqresmenlər, senatorlarla görüşlər keçirəcəklərini bildirib.
+  -  Çap 
Yerləşdirilib: 26.01.10 | Baxılıb: 217

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •