Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
ARDNŞ-də müşavirə keçirilib
Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) "Azəriqaz"ın balansında olan ölçü qovşaqlarında quraşdırılmış elektron sərfölçmə cihazlarının şirkətin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (İTRİ) mərkəzləşdirilmiş informasiya şəbəkəsinə qoşulması, həmin qovşaq və cihazların qüvvədə olan normativ-texniki tələblərə uyğun yenidən qurulması məsələlərinə həsr olunmuş müşavirə keçirilib. ARDNŞ-dan APA-Economics"ə verilən məlumata görə, müşavirədə ARDNŞ rəhbərliyinin və şirkətin müvafiq idarələrinin nümayəndələri iştirak ediblər. "Azəriqaz" İB-nin balansında olan ölçü qovşaqlarındakı vəziyyət haqda müşavirə iştirakçılarına məlumat verilərək bildirilib ki, hazırkı vəziyyətdə mərkəzləşdirilmiş ölçmə və nəzarət sistemi olmadığından, Birliyin istismarındakı qaz təchizatı və nəql təsərrüfatı (magistral qaz kəmərləri, başlıca qazpaylayıcı qurğular və s.) haqda zəruri məlumatların operativ şəkildə əldə olunması çətinlik törədir. Lakin buna baxmayaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək "Məsafədən operativ ölçmə və nəzarət sistemi"nə qoşulmaqla bu problemin həllinə nail olmaq mümkündür. İTRİ-nin mütəxəssisləri qeyd ediblər ki, hazırda işlənib hazırlanmış proqram təminatı əsasında "Azneft" İstehsalat Birliyi, Qaz İxracı İdarəsi, müştərək müəssisələr və əməliyyat şirkətlərində istifadə edilən qaz sayğacları vasitəsilə ölçü qovşaqlarından keçən qaz həcmlərinə məsafədən effektiv nəzarət həyata keçirilir. Ümumilikdə İTRİ 103 ədəd elektron qaz sayğacı vasitəsi ilə 140 ölçü qovşağından keçən qaz həcmlərinə məsafədən nəzarət etmək imkanını reallaşdırıb. toplantıda "Azəriqaz" İB-nin və İTRİ-nin təmsilçiləri müzakirə olunan məsələ ilə bağlı səmərəli fikir mübadiləsi aparıb. "Azəriqaz" İB-nin təchizat və nəql sisteminin müasirləşdirilməsi imkanlarını daha dəqiq araşdırmaq məqsədilə işçi qrup yaradılıb. İşçi qrupa tapşırılıb ki, qısa müddətdə bu istiqamətdə görüləcək tədbirlərin planını hazırlayaraq, ARDNŞ rəhbərliyinə təqdim etsin.
+  -  Çap 
Yerləşdirilib: 26.01.10 | Baxılıb: 260

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •