|
"Azəriqaz" İstehsalat Birliyinin Bakı şəhəri Qaz İstismarı İdarəsi yeni qaz xətləri çəkib. "Azəriqaz"dan APA-Economics"ə verilən məlumata görə, əhalinin texnoloyi reyimə uyğun təbii qazla fasiləsiz təmin edilməsi, qaz təsərrüfatında istehlakçıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu günlərdə "Azərtikintiservis" ASC-nin 1 N-li İxtisaslaşmış Təmir Tikinti İdarəsi, 16 saylı Təmir Tikinti İdarəsi, eləcə də "TQ-V" Tikinti İdarəsi tərəfindən Zabrat Qazpaylayıcı Stansiyasından Xalçaçılıq kombinatına qədər uzanan qaz kəmərində, Kürdəxanı qəsəbəsindəki 530 mm-lik orta təzyiqli qaz kəmərindən yeni yaşayış massivinə çəkilib istismara yararsız qaz xətlərində, eləcə də həyətlərdən keçən orta təzyiqli qaz xətlərinin 1600 metrlik hissəsində yenidənqurma işləri aparılıb.
Öz başlanğıcını həmin qaz kəmərindən götürən ümumi uzunluğu 15826,28 metr olan müxtəlif diametrli yeni xətlər çəkilib. Bununla yanaşı, rayonun Maştağa, Sabunçu, Kürdəxanı, Nardaran qəsəbələrində indiyədək ümumilikdə 7280 abonentin mənzilində quraşdırılmış qaz sayğaclarından 4407 ədədi müxtəlif tikinti təşkilatları tərəfindən mənzil xaricinə çıxarılıb. Bakının Binəqədi rayonunda yerləşən "Azqur" MMC tərəfindən Sulutəpə qəsəbəsi "Coca-Cola" yolunun 1, 3 və 4-cü döngələrində, Gömrük yolunun yaxınlığında, eləcə də həmin ərazinin 2-ci döngəsində yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması, qaz sayğaclarının həyətlərdən çıxarılması üçün ümumi uzunluğu 3365 metr olan 76 diametrlik qaz boruları çəkilib. Bununla yanaşı, rayonun Mədən, Dağlıq, Gülüstan, Baksol, Vulkan və Rəsulzadə qəsəbələrində "Çağdaş" və "Azqur" Tikinti İdarələri tərəfindən bu günə kimi 2777 ədəd qaz sayğacı mənzillərdən kənara çıxarılıb.
|