|
Dünən Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk plenar iclasında qurumun prezidenti postuna seçkilər keçirilib. APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, bu vəzifəyə Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Mövlud Çavuşoğlu seçilib. Plenar iclasda eyni zamanda qurumun vitse-prezidenti və komitə sədrləri postlarına da seçkilər keçirilib.
|