Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
AŞ PA prezidenti Qarabağ münaqişəsinin həllində güc yolunu tamamilə istisna edir
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puç mandatının sona çatması ilə əlaqədar Strasburqda mətbuat konfransı keçirib. APA-nın Avropa bürosunun xəbərinə görə, AŞ PA prezidenti 2 illik fəaliyyəti zamanı baş verən önəmli hadisələrə toxunub və bu dövr ərzində AŞ PA-nın oynadığı roldan danışıb.
Luis Maria de Puç ötən dövr ərzində ən əsas problem kimi Gürcüstanla Rusiya arasındakı münaqişəni göstərib. O, bu problem ətrafında qurumda bir neçə dəfə qızğın müzakirələr aparıldığını xatırladıb və AŞ PA-nın bu iki dövləti yaxınlaşdırmaq üçün çox cəhd göstərdiyini, xüsusi işçi qrup yaradıldığının bildirib. Dağlıq Qarabaq üzrə alt komitənin fəaliyyətinə dair APA-nın sualını cavablandıran AŞ PA rəhbəri bəyan edib ki, bu komitənin işinin canlandırılması zəruridir: "Biz iki ölkənin mövqelərinin yaxınlaşdırılmasına çalışırıq. Mən münaqişənin həllində konfrontasiya, güc yolunu tamamilə istisna edirəm. Bu, Avropa Şurasının da mövqeyidir. Münaqişə sülh yolu ilə həll edilməlidir. Biz dialoq yolu ilə irəliləməliyik. Alt komitə tərəflərin siyasi qərarlarının proqnozlaşdırılmasında önəmli ola bilər. Yeni seçiləcək sədr bu işləri davam etdirəcək". L.M.Puç alt komitənin sədri postuna namizədlərin kimliyi barədə məlumatsız olduğunu deyib.
O, sonda 2012-ci ilə qədər öz ölkəsində senator vəzifəsində qalacağını və sıravi üzv kimi AŞ PA daxilində fəaliyyətini davam etdirəcəyini söyləyib.
+  -  Çap 
Yerləşdirilib: 26.01.10 | Baxılıb: 200

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •