Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Həmsədrlər birgə bəyanat yayıblar
Münaqişənin əsas prinsipləri tezliklə razılaşdırılmalıdır

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunu ilə bağlı birgə bəyanat yayıblar. ATƏT-in rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub ki, həmsədrlər yanvarın 20-də Yerevanda Ermənistan prezidenti Sery Sarkisyanla görüşüblər: "Həmsədrlər öz ölkələrinin prezidentlərinin 2009-cu ilin iyulunda Akvilldə verdikləri göstərişlərə uyğun olaraq dekabrda Azərbaycana səfərləri zamanı prezident İlham Əliyevə təqdim etdikləri Madrid sənədinin yenilənmiş variantına dair baza prinsiplərinə son redaktələrini Sery Sarkisyana təqdim ediblər". Bəyanatda o da vurğulanıb ki, yanvarın 21-də həmsədrlər Bakıda prezident İlham Əliyevlə görüşüblər. Həmsədrlərlə müzakirələr zamanı prezidentlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini davam etdirmək niyyətində olduqlarını bildiriblər.
Həmsədrlər daha sonra Qazaxıstan hökuməti ilə ATƏT-ə sədrliklə bağlı məsləhətləşmələr aparmaq üçün Astanaya səfər ediblər. Bəyanatın sonunda qeyd edilib ki, məsləhətləşmələrdən sonra həmsədrlər Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə ev sahibliyi edəcəyi Soçiyə gedəcəklər. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin tezliklə razılaşdırılması lazımdır". Bu barədə isə ATƏT-in Rusiyadan olan həmsədri Yuri Merzlyakov ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevlə görüşdən sonra bildirib: "Bizim çox maraqlı və məzmunlu söhbətimiz oldu. Danışıqlar zamanı biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vəziyyət və perspektivlər üzrə öz fikirlərimizi ifadə etdik. ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən beynəlxalq həmsədrlərin cəhdlərinə dəstək ifadə olunub". Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri Saudabayevin fevralda Cənubi Qafqaza səfəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin tezliklə razılaşdırılmasına xidmət edəcək: "Saudabayevin qarşıdakı səfəri zamanı biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin tezliklə razılaşdırılmasının zəruriliyini bildirən üç həmsədr ölkə və ATƏT sədrinin mövqeyini tərəflərə çatdıra bilərik". Görüşün yekununda tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin regiona qarşıdakı səfərindən sonra daha bir görüşün təşkil edilməsi barədə razılaşıblar.
Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda sıçrayış olacağını gözləmir. "Novosti-Armeniya" agentliyinin yaydığı məlumata görə, Yerevanda mətbuat konfransı keçirən E.Nalbandyanın fikrincə, Azərbaycan tərəfi danışıqlarda konstruktivlik göstərərsə, müəyyən irəliləyişlər ola bilər: "Lakin hesab etmirəm ki, 2010-cu ildə danışıqlarda dönüş olacaq".
Ermənistan XİN başçısı ümidvar olduğunu bildirib ki, ötən il münaqişənin nizamlanmasında baş vermiş müsbət tendensiyalar və irəliləyişlər 2010-cu ildə də saxlanılacaq: "Danışıqların gedişi göstərir ki, bu irəliləyişlər olmadan gələcək görüşlər olmazdı. Ancaq ötən il münaqişənin həlli prosesində dönüş yaratmaq üçün müsbət irəliləyişlər kifayət qədər olmayıb. Prosesləri süni qaydada tələsdirmək mənasızdır. Biz danışıqlar xatirinə danışıqlar aparmırıq" - deyə o bildirib.
Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov da prezidentlərin yanvarın 25-də keçiriləcək görüşünə toxunub: "Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşünə gəldikdə biz hesab edirik ki, bu görüş ötən il prezidentlər İlham Əliyevlə Sery Sarkisyan arasında gedən dialoqu davam etdirməyə imkan verəcək". XİN rəhbəri ilin yekunlarına həsr olunmuş mətbuat konfransında ötən il Azərbaycan və Ermənistan prezidentləri arasında intensiv dialoq prosesinin keçdiyini xatırladıb: "Bu dialoq nəzərə çarpacaq irəliləyişlərə səbəb olmasa da, iki lider arasında münasibətləri son dərəcə möhkəmləndirdi və bu onlara həllini gözləyən məsələlərin dərinliyinə varmağa imkan verir. Biz dialoq prosesinin davam etdirilməsini aktiv şəkildə dəstəkləyirik. Dialoqun hansı nəticələrlə başa çatacağı hər kəsdən əvvəl bu iki liderdən asılıdır".


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 23.01.10 | Baxılıb: 361

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •