Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Təzyiq olmadan Ermənistanı mövqeyindən çəkindirmək bir qədər çətindir"
Əli Həsənov: "Vasitəçilik edən dövlətlər münaqişə tərəflərini incik salmamağa çalışırlar"

Məlum olduğu kimi, dünən Bakıda Humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumu işə başlayıb. Forumun işində iştirak edən Prezident Administrasiyasının ictimai- siyasi şöbəsinin müdiri Əli Həsənov yurnalistlərin müxtəlif mövzuları əhatə edən suallarını cavablandırıb:

- Humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya forumu çox müvəffəqiyyətlə keçir. Tədbirə Rusiyanın ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət, incəsənət xadimləri, yazıçılar, elm-təhsil sektorunu təmsil edənlər qatılıblar. Azərbaycan tərəfindən də ölkənin tanınmış ictimai-siyasi xadimləri, elm, mədəniyyət, incəsənət xadimləri forumun işində iştirak edirlər. Forumda Rusiya-Azərbaycan əlaqələrinin elm, mədəniyyət, kütləvi informasiya vasitələri üzrə inkişafı məsələləri müzakirə olunur. Nəzərə alsaq ki, forumun işində Azərbaycanın və Rusiyanın bütün aparıcı KİV-lərinin rəhbərləri və ya onların nümayəndələri iştirak edir, deməli, biz qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq. Hər iki ölkənin ictimaiyyətini əlaqələrin mövcud durumu və gələcəyi ilə bağlı vəziyyətlə tanış edə biləcəyik. Fikrimcə, bu forum çox əhəmiyyətlidir. Azərbaycanda ilin əvvəlində belə bir ciddi forumun keçirilməsi həm bizim üçün, həm də Rusiya üçün çox böyük əhəmiyyət kəsb edir.

- Gələcəkdə növbəti forumun keçirilməsi nəzərdə tutulurmu?

- Bildiyiniz kimi, biz bu tədbiri birinci forum adlandırmışıq. Düşünürük ki, yekundan asılı olaraq gələcəkdə belə forumlar həm Azərbaycanda, həm də Rusiyada davam etdirilsin.


- Belə forumlar digər ölkələrlə də keçirilə bilərmi?

- Əlbəttə. Biz bu tipli tədbirləri digər ölkələrlə də, xüsusilə də Türkiyə, bizə strateyi müttəfiq olan Gürcüstanla, Avropa ölkələri ilə keçirə bilərik. Humanitar əməkdaşlıq üzrə Rusiya-Azərbaycan forumu ilk təcrübədir. Bu forumun verəcəyi ictimai və elmi effektdən asılı olaraq gələcək addımlarımızı düşünəcəyik.


- Əli müəllim, yanvarın 25-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidenti Dmitri Medvedyevin iştirakıyla növbəti görüşü planlaşdırılır. Bu barədə nə deyə bilərsiniz?

- Yalnız onu deyə bilərəm ki, həqiqətən belə bir görüş planlaşdırılır. Düşünürük ki, bu görüş bir neçə ildir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həyata keçirilən dialoqun davamı olaraq nəzərdə tutulur. Görüşdə Azərbaycanla Ermənistan arasındakı danışıqlar bir daha nəzərdən keçiriləcək.


- Siz bu görüşdən hansısa nəticə gözləyirsinizmi?

- Biz həmişə ümid edirik ki, prezidentlərin görüşləri müsbət sonluqla başa çatacaq. Biz ümid edirik ki, Ermənistan tərəfi nəhayət, özünün qeyri-konstruktiv mövqeyindən geri çəkiləcək. Prezidentlər ortaq maraqlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapacaq. Ən azı prosesdə bir inkişaf hiss olunacaq. Əlbəttə ki, biz məsələnin bu görüşlə tam həll olunacağını gözləmirik. Qarşı tərəfin də mövqeyi, dünya ictimaiyyətinin məsələyə münasibəti də nəzərə alınmalıdır. Amma bütün bunlara baxmayaraq, biz Soçi görüşündən də müəyyən ümidlərlə nəticə gözləyirik.


- Sizcə münaqişənin həlli üçün Rusiyanın səyləri yetərincədirmi?

- Mən düşünürəm ki, son iki ildə ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli prosesində xeyli aktivləşiblər. Bu, həm Rusiyanın, həm ABŞ-ın, həm də digər həmsədr Fransanın mövqeyində hiss olunur. Yəni həmsədrlərin səyləri əvvəlkindən daha çoxdur. Amma səylərə baxmayaraq, Ermənistana hələ də ciddi təzyiq yoxdur. Ən azından biz bunu görmürük. Təzyiq olmadan da Ermənistanı və onun danışıqlarda iştirak edən rəhbərliyini qeyri-konstruktiv mövqedən çəkindirmək bir qədər çətindir.


- Sizcə həmsədrlərin, beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməməsinin səbəbi nədir?

- Bunun bir neçə səbəbi var. Bunlar həm bizə, həm Ermənistana, həm də dünya ictimaiyyətinə məlumdur. Dünyanın müxtəlif ölkələrinin bu münaqişə ilə bağlı öz maraqları var. Vasitəçilik edən dövlətlər münaqişə tərəflərini incik salmamağa çalışırlar. Onlar istəyirlər ki, Azərbaycan və Ermənistan özləri münaqişənin həlli ilə bağlı ortaq nöqtələr tapsınlar. Digər səbəb hazırda dünyada mövcud olan ikili standartlardır. Sirr deyil ki, hazırda dünya nizamına fərqli yanaşmalar mövcuddur. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarların icrasında problemlər var. Bu qərarlara müxtəlif aspektlərdən yanaşılır. Təəssüf ki, bunlar müasir beynəlxalq münasibətlərin bir reallığıdır.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 23.01.10 | Baxılıb: 344

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •