Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

YENİ MÜSABİQƏ

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 




 
 
 
Axtarış: 
"Aşağı səviyyəli pyeslərlə özümüzü aldatmamalıyıq"
Telman Adıgözəlov həm də müasir səhnə effekti arzulayır

"Aktyor yeganə peşə adamıdır ki, onun maddi sərvəti, neməti olmur. Onun dava-savaşı yalnız yaradıcılıqla bağlı məsələlərin təmin olunmasıdır. Bunu görməyəndə, daxildən bir üsyan qalxır" - deyən Xalq artisti Telman Adıgözəlov narahatlıqlarını dilə gətirdi. O, teatrın və aktyorun ehtiyaclarının nədən ibarət olduğundan danışdı.
"Şikayət edirik ki, ömrümüz gedir, niyə tamaşalarda oynamırıq. Əbülfəs Qarayev və Elçin Əfəndiyevin dəvəti ilə teatrın 17 aktyoru ilə görüş keçirildi. Orada teatrın problemlərindən danışıldı. Bizim istədiyimiz mürəkkəb halları soruşdular. Biz də bunları müzakirə etdik, teatrdakı bəzi narazılıqlardan danışdıq. Dedik ki, gözəl bir bina istifadəyə veriləndən sonra ona uyğun da yaradıcılıq nümayiş etdirmək lazımdır. Bina adi daşdır, onu insanların məhəbbəti ilə doldurmaq lazımdır". Daha sonra aktyor yuxarıda toxunduğu teatr problemini xırdalamağa başladı. Dedi ki, aktyorlar repertuar sarıdan, dekorasiyadan narazıdır. Lazer effekti ilə qurulan dekorasiyaların keyfiyyətinə toxunan aktyor bunun vacib olduğunu bildirdi. Adi səhnəyə qoyulan monitor arxa sırada oturan tamaşaçının aktyorun üzünü görmək üçün ideal vasitədir. Amma bu da bəzi teatrlarda problem olaraq qalır: "Yeni texnologiya ilə optik fokuslar edirlər. Təbii ki, yeni texnologiyalar da səmimiyyət olmadan heç bir effekt verməz. Daxilən orqanik oynamalısan. Bəzən elə olur ki, teatrda yıpranmış, heç bir hadisəni əxz etməyən pyeslər səhnəyə qoyulur. Yəni sadəcə söz yığınından ibarət olur. Pyes konfliktdən ibarət olmalıdır. Ümumbəşəri mövzulara toxunmaq lazımdır. Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ona görə klassikadır ki, onlar heç vaxt kolxozdan, sovxozdan yazmayıblar. Əvvəllər teatrda Bədii Şura olurdu. Orda aktyorlar, reyissorlar yığışıb pyesi oxuyurdular, hərə də öz fikrini deyirdi. Ondan sonra milli şüura, bəşəri ideologiyaya yaxın olan əsər qəbul olunurdu. Bədii Şura ləğv olunandan sonra fərdi şəkildə pyeslərin qəbulu başlandı. Ona görə də bəzi problemlər yarandı. Artıq dünyaya inteqrasiya etmək lazımdır. Bir-birimizi tərifləməklə heç nə əldə etmək olmaz. Aşağı səviyyəli pyeslərlə, müəyyən tamaşaçı zövqünü qane etməklə özümüzü aldatmamalıyıq. Biz tələb edirik ki, gözəl pyeslər yazılsın. Belə bir fikir var - "Əsər nə qədər millidirsə, o qədər də beynəlmiləldir". Ümumbəşəri mövzulara toxunmaq lazımdır. Anşlaq deyilən söz ki var, bax ona nail olmalıyıq. Yenə teatrın kassaları dağılsın, biletlər tapılmasın".
+  -  Çap 
Yerləşdirilib: 23.01.10 | Baxılıb: 123

ONLINE XƏBƏRLƏR
 
  • Almaniya millimizi darmadağın etdi
  • ATƏT-in Baş katibi Tiflidə səfərdədir
  • BMT Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib
  • Bütün cəbhə boyu döyüş gedir
  • MBASK növbəti sığorta ödənişini həyata keçirib
  • ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
  • Enerjiyə qənaət sahəsində standartların tədbiqi nəzərdə tutulub
  • ARDNŞ 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib
  • BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
  • Həmsədrlər cəbhə bölgəsinə səfər ediblər
  • Qazaxıstanlı diplomatın SAM-da məruzəsi olacaq
  • Ağsuda aparılan arxeoloji tədqiqatlarla bağlı konfransı keçiriləcək
  • Yeni rabitə obyektləri əhalinin istifadəsinə verilir

  •  
    BANNERİMİZ
     
    kod almaq: