Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Türkiyədə ordu-hökumət qarşıdurması
Konstitusiya Məhkəməsi parlamentin qəbul etdiyi qanunu geri qaytarıb

Türkiyədə hərbi elita ilə hakimiyyət arasında onilliklər boyu davam edən gərginlik səngimək bilmir. Hərbi çevrilişlər, ordu-hökumət qarşıdurması bu ölkənin həyatında mütəmadi baş verən hala çevrilib. Ölkə tarixində son əlli ildə hərbçilər dörd seçkili hökuməti devirib. Son illər isə bu gərginlik "Ergenekon" məsələsində özünü daha qabarıq göstərməyə başlayıb. Ordu-hökumət qarşıdurması son günlər daha da qızışıb. Belə ki, hökumət hərbçilərin mülki məhkəmələrdə mühakimə olunmasını nəzərdə tutan qanun qəbul edib. Konstitusiya Məhkəməsi isə ötən gün bu qanunu rədd edib. Qanun parlamentdə yekdilliklə qəbul edildikdən sonra əksər ekspertlər tərəfindən "vətəndaş inqilabı" kimi qiymətləndirilmişdi. Avropa İttifaqına üzvlüyün tələblərindən biri olan bu qanun hərbçilərin milli təhlükəsizliyə qarşı cinayətləri, Konstitusiyanın onlar tərəfindən pozulması və hökumətin hərbi yolla devrilməsi təqdirində hərbçilərin işinə mülki məhkəmələrdə baxılmasına imkan açmalı idi.
Yeri gəlmişkən, bu günlərdə bir qrup ordu mənsubunun hakim Ədalət və İnkişaf Partiyasını devirəcəyi ilə bağlı Ərdoğan hökumətinə yaxın "Tərəf" qəzetində məqalə dərc edilib. Qəzet iddialarını sübut edən sənədləri, eləcə də audioyazı və yazılı sənədlər təqdim edib. Məqalədə 2003-cü ildə hərbi çevrilişə zəmin yaratmaq üçün İstanbulda iki məsciddə partlayış törədilməsi və Yunanıstanla münasibətləri gərginləşdirmək məqsədi ilə Türkiyəyə məxsus təyyarənin vurulmasını da nəzərdə tutan plan haqqında yazılıb. Lakin ordu rəhbərliyinin verdiyi bəyanatda bu ittihamlar "vicdansızlıq" kimi dəyərləndirilib.
2003-cü ildə ordu rəhbərliyinin AKP-ni hakimiyyətdən salmaq üçün "Balyoz" adlı çevriliş planı hazırladığını yazan "Tərəf" qəzetinin iddiasına baş nazir Rəcəb Tayyib Ərdğan dünən münasibət bildirib. "Milliyət" qəzetinin yaydığı məlumata görə, Ərdoğan növbəti dəfə Türkiyə Silahlı Qüvvələrinin bostanına daş atıb. O, ad çəkmədən belə planlardan hələ o vaxt xəbərdar olduqlarını söyləyib: "Bu günlərdə gündəmə gətirilənləri duymadığımızımı zənn edirsiniz? Duyduq, amma qarşıdurmaya tərəfdar olmadıq. Biz yolumuza davam etdik, amma təəssüf ki, onlar da öz yollarına davam etdi". Ərdoğan AKP-nin Türkiyəni faşizmə sürüklədiyi yönündə mülahizələri də əsassız sayıb: "Türkiyədə seçkilər 5 ildən bir keçirilirdi, biz 4 ildən bir keçirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik etdik. Əgər faşizm düşüncəmiz olsaydı, seçkilərin 4 ildən bir keçirilməsinə tərəfdar olardıqmı? Türkiyə hakimiyyətdə olduğumuz son 7 ildə azad və demokratik standartları yüksəlmiş bir ölkədir. Heç kim millətimizi qorxutmasın vu bununla siyasi karyera qurmasın".
Ardınca ordu rəhbərliyi də hökumətə yönəlik açıqlama ilə çıxış edib. Baş Qərargahda keçirilən mətbuat konfransında general Hıfzı Çubuklu deyib ki, Özəl Hərb Dairəsinin məxfi sənədlər saxlanılan arxivində mülki hakimlər tərəfindən aparılan araşdırma zamanı Silahlı Qüvvələrin səlahiyyət və vəzifəsinə aid məsələləri əhatə edən sənədlərdən başqa heç nə üzə çıxarılmayıb: "Ancaq mülki hakim tərəfindən məxfi arxivdə aparılan araşdırma zamanı dövlət sirri olan bəzi planların məxfilik prinsipi pozulub. İllər uzunu böyük əmək və əziyyət sərf olunaraq hazırlanan və inkişaf etdirilən planlar əhəmiyyətini itirib. Ona görə də bu planlar ləğv olunacaq".
+  -  Çap 
Yerləşdirilib: 23.01.10 | Baxılıb: 290

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •