Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Adamiya "Qarabağ"la yarım illik müqavilə imzalayacaq
"İndiki vəziyyətdə Azərbaycana qayıtmaq optimal variant idi"

"Mən artıq Antalyada - "Qarabağ"ın təlim-məşq toplanışındayam. Bura gəlişim gözlənilməz alındı. Mənə zəng edən klubun nümayəndələri dəvət göndərdilər. Fikirləşəndən sonra müsbət cavab verdim". Apasport.az saytının məlumatına görə, bu fikirləri 5 ildir Azərbaycanda çıxış edən Georgi Adamiya deyib.
"Bakı" ilə yollarını ayırdıqdan sonra klub axtarışında olan 29 yaşlı gürcü hücumçu Ağdamın "Qarabağ" klubunun sıralarında yer alıb. G.Adamiya son vaxtlar əlində konkret təkliflərin olmadığını gizlətməyib: "Agentim hansısa xarici klubla danışsa da, məsələ müqavilə bağlamağa gəlib çıxmadı. Vaxt daralırdı və risk etmədim. Üstəlik, Azərbaycana - mənim üçün çox dəyərli olan ölkəyə qayıtmağı təklif etdilər. İndiki vəziyyətdə bura qayıtmaq daha optimal variant idi, nəinki digər ölkədə komanda axtarmaq".
G.Adamiyanın keçidində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun böyük rolu olub. Hər halda, Georgi onunla "Neftçi"də həm birgə oynayıb, Azərbaycan çempionu olub, həm də komandada rəhbərliyi altında çıxış edib: "Bu səbəbdən heç bir çətinlik hiss etmirəm. Kollektiv məni isti qarşıladı. Axı mən onlar üçün yad deyiləm. Özümü əla hiss edirəm, sağlamlığımla bağlı heç bir problem yoxdur. Kollektivlə çalışmağa başladım. Əminəm ki, yaxın vaxtda yaxşı forma yığacağam. Futbolçularfn çoxu ilə tanış olduğum üçün burada mənə rahatdır. Biz neçə ildir çiyin-çiyinə, yaxud üz-üzə oynayırıq. Bu səbəbdən əlavə tanışlığa ehtiyac yoxdur".
Gürcü hücumçu yeni klubu ilə yarım illik anlaşmaq fikrindədir: "Hələ ki müqavilə məsələsi müzakirə olunmayıb. Ancaq fikrimcə, komanda ilə bu mövsümün sonuna qədər anlaşma imzalayacağam. Bu, həm "Qarabağ"a, həm də mənim özümə rahat olacaq. İndi yeni variantlar üçün vaxt az idi. Ola bilsin ki, klub yayda mövqeyimə gənc futbolçular dəvət etmək istəsin. Elə mən də xarici kluba keçmək ideyasından vaz keçməmişəm. Fikrimcə, indiki əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq".
Qeyd edək ki, Adamiya ötən qış da özünə yeni klub tapmalı oldu. Həmin vaxt "Neftçi"nin vidalaşdığı hücumçu "Bakı"ya keçdi və bir ildə ölkə çempionluğunu qazandı. Maraqlıdır ki, Georgi "Bakı"da sonuncu oyununu məhz "Qarabağ"a qarşı Ağdamda (0:0) keçirib.
+  -  Çap 
Yerləşdirilib: 23.01.10 | Baxılıb: 254

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •