Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Naş moloçnik" insan həyatı üçün təhlükəlidir
Kərə yağının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar aşkar olunub

Satışda olan yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı aparılan nəzarət tədbirləri zamanı insan həyatı və sağlamlığı üçün təhlükəli yağ aşkarlanıb. Bu barədə qəzetimizə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qurumdan qeyd edilib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) nəzarət tədbirləri zamanı yağlardan götürülmüş nümunələrin laborator müayinəsini aparıb. Müayinələr Ukraynanın "Starakonstantinovskiy moloçnıy zavod" müəssisəsinin istehsalı olan 200 qr-lıq kağız qutulara qablaşdırılmış "Naş moloçnik" əmtəə nişanlı kərə yağının mikrobioloyi göstəricilərinin normalara uyğun olmadığını göstərib. Bununla əlaqədar Dövlət Xidməti tərəfindən idxalçı "Avrora" firmasına bu növ yağın satışının dayandırılması barədə müvafiq göstəriş verilib: "Firmanın Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 17-ci Dağüstü küçəsi, 13 ünvanında yerləşən anbarında "Naş moloçnik" əmtəə nişanlı kərə yağından nümunə götürülərək laborator müayinəyə göndərilib. Bu nümunənin laborator müayinəsi zamanı onun insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən olunub". Belə ki, 200 qramlıq kağız qutulara qablaşdırılmış "Naş moloçnik" əmtəə nişanlı kərə yağının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar aşkar olunub və ümumi mikrobların sayının normadan bir neçə dəfə çox olduğu müəyyən edilib. Bununla əlaqədar olaraq, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Avrora" firmasının anbarında olan 696,6 kq yağın məhv edilməsi barədə qərar qəbul edilib. 200 qramlıq kağız qutulara qablaşdırılmış "Naş moloçnik" əmtəə nişanlı kərə yağının dövriyyədən çıxarılması üçün təcili tədbirlər görülməsi barədə firmaya göstəriş verilib.
Hazırda Dövlət Xidməti bakteriyalarla yoluxmuş kərə yağının məhv edilməsi, bu məhsulun dövriyyədən tamamilə çıxarılmasının təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Dövlət Xidməti istehlakçıları bu növ yağı almaqdan çəkinməyə çağırıb.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 22.01.10 | Baxılıb: 346

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •