Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qəbiristanlıqlarla bağlı yeni qanun layihəsi hazırlanıb
Xatirə lövhələrinin əvvəlcədən müəyyənləşdirilmiş kriteriyalar əsasında qoyulması təklif edilir

Parlamentin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Rafael Hüseynov "Memoriallar, məzarlıqlar, xatirə lövhələri və abidələri haqqında" qanun layihəsi hazırlayıb. Millət vəkili bildirib ki, qanun layihəsini hazırlamazdan öncə başqa ölkələrin analoyi qanunlarını əldə edib. Bundan sonra bu yöndə araşdırmalar aparıb və qanun layihəsini hazırlayıb: "Bir sıra ölkələrdə bu yöndə müxtəlif qanunvericilik aktları var. Bu baxımdan, Azərbaycan üçün də belə bir sənədin çox ciddi əhəmiyyəti var. Bəli, bizim "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələri haqqında" qanunlarımız var, onlar geniş sahələri əhatə edir. Amma ayrı-ayrı sahələr var ki, onlar daha konkretdir və özünəməxsus xüsusiyyətləri var. Bir sıra xüsusiyyətlər var ki, onlar da mütləq qanunlarda öz əksini tapmalıdır. Avropa ölkələrində məzarlıqlar xüsusi qanunla idarə olunan, tənzimlənən bir yerdir. Avropa ölkələrində hər kəs istədiyi boyda məzar qaza, istədiyi boyda abidə ucalda, istədiyi vaxt o abidənin, məzar daşının üzərində istədiyi dəyişikliyi edə bilməz. Eyni zamanda, Avropa ölkələrində məzar yerlərinin verilməsi ilə bağlı vətəndaşla dövlət orqanları arasında xüsusi müqavilələr bağlanılır. Hətta torpağın da müəyyən icarə müddətləri var. Məsələn, mən Əlimərdan bəy topçubaşovun Parisdəki məzarlıqda qəbirüstü abidəsi dəyişdirilərkən oradaydım. Həmin vaxt gördüm ki, məzarların bəzisinin üstünə belə bir lövhələr qoyulub ki, sahibləri gəlib çıxmasa, onlar ləğv ediləcək və sair. Yəni orada icarənin müddəti var. Məsələn, görürlər ki, hansısa bir məzara baxılmır, sahibi yoxdur, onun yeri başqa birisinə verilir". Millət vəkili bildirib ki, hazırda Azərbaycandakı, xüsusilə Bakı şəhərindəki məzarlıqların vəziyyətinə baxanda burada bir nizamsızlıq hiss olunur: "Ona görə bu sahədə bir qayda yaradılmalıdır. Yaxud götürək xatirə lövhələrini. Bakı şəhərində ayrı-ayrı binaların üzərində məşhur şəxsiyyətlərin, o binalarda yaşamış, ömür sürmüş ziyalıların xatirə lövhələri var. Amma bu xatirə lövhələri necə - hansı həə, hansı böyüklükdə olmalıdır? İnsanın hansı xidmətlərinə görə ona xatirə lövhəsi qoyulmalıdır? Hesab edirəm ki, bunlar ixtiyari şəkildə olmamalı, qanunla tənzimlənməlidir. Bununla yanaşı, qanunda memorialların, xatirə abidələrinin harada yerləşdirilməli olduğu, hansı şəxslərə və hansı xidmətləri olanlara qoyulması da dəqiq göstərilməlidir. "Müxtəlif ölkələrin qanunvericilik aktlarında da bunlara müvafiq cavablar var. Mən də onları araşdırmışam və bu araşdırmanın əsasında Azərbaycan üçün məqbul bildiyim qanun layihəsi hazırlamışam. Düşünürəm ki, komitədə buna baxılandan sonra daha konkret fikrə gəlmək mümkün olacaq".
Millət vəkilinin hazırladığı digər qanun layihəsi Göy-göllə bağlıdır. Onun sözlərinə görə, bu qanun layihəsini hazırlamağı bir neçə il öncə Parisdə YUNESKO-nun keçirdiyi tədbirdə qərara alıb. Həmin tədbir YUNESKO-nun çox vacib konvensiyalarından birinin - Dünyanın müasir və təbii irsi Konvensiyasının qəbulunun 30 illiyinə həsr olunubmuş: "Orada gördüm ki, dünyanın ən müxtəlif ölkələrindən onlarca çox qiymətli müasir mədəniyyət abidələri, eləcə də təbiət abidələri həmin Konvensiyaya daxil edilib, onun çərçivəsində qorunur. Məsələn, o çərçivədə qorunan təbiət abidələrindən biri məşhur Baykal gölüdür. Mən də o zaman oraya bir siyahı tərtib edib verdim. Amma mənə dedilər ki, bu yöndə təkliflər vermək olar, ancaq həmin təkliflərin arxasında müəyyən qanunverici baza olmalıdır. Məsələn, Baykal gölü haqqında yerləşdiyi ölkənin ayrıca bir qanunu var. O toplantıdan təxminən 6-7 il ötür və bu dövr ərzində Azərbaycanda çox ciddi irəliləyişlər olub. O zaman Konvensiya çərçivəsində Azərbaycanın maddi-mədəniyyət abidələr arasında yalnız İçərişəhər qorunurdu. Amma sonradan bu istiqamətdə böyük irəliləyişlər baş verdi. Xüsusən Mehriban xanım Əliyevanın YUNESKO çərçivəsindəki fəaliyyəti bu işlərin irəliləməsində böyük təkan oldu. İndi Qobustan da ora daxildir. Bundan başqa, muğam, aşıq sənəti də bu cərgəyə daxil olmaqdadır. Eyni zamanda, bu yöndə gələcəyə doğru növbəti layihələr də var. Şəxsən mən belə düşünürəm ki, Azərbaycan bu istiqamətdə çox fəal əməkdaşlıq edir. Mənim də Göy-göllə bağlı hazırladığım qanun layihəsi məhz bu zərurətdən irəli gəlir. Göy-göl dünyanın ən nadir göllərindən biridir. Dünyada yeganə göldür ki, onun dəqiq doğum tarixi var: 1139-cu ilin sentyabr ayının şənbə günü. Bu da ona görədir ki, həmin vaxt Gəncədə zəlzələ baş verdiyini o dövrün, orta əsrlərin bir sıra ərəb tarixçiləri dəqiqliyinə qədər öz əsərlərində təsvir ediblər". Millət vəkili qeyd edib ki, son dövrlər Göy-gölün qorunmasına çox böyük diqqət ayrılıb. Dövlətin bu istiqamətdə qayğısı özünü göstərməkdədir. Amma bir tək Göy-göl deyil, onun ətrafı da qorunmalıdır: "Bu baxımdan düşünürəm ki, bu qanun layihəsi də əvvəlcə komitədə müzakirə oluna bilər. Əgər komitənin rəyi müsbət olarsa, onu rəsmi müzakirələr gündəliyinə də təqdim edə bilərik".


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 22.01.10 | Baxılıb: 369

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •