|
Nazirlər Kabineti təhsil müəssisələrinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyənləşdirib. Bu barədə "APA-Economics"ə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazirin təsdiq etdiyi qərarla təhsil müəssisələri öz nizamnamələri çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq, əlavə gəlir əldə etmək məqsədi ilə ödənişli əlavə təhsil verə, məsləhət-konsaltinq xidmətləri göstərə, təhsil məhsulunun (təhsil sahəsində innovasiyalar, oriyinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri) satışı, elmi tədqiqat və təcrübi-konstruktor işləri, elmi-praktiki tədbirlərin təşkili, nəşriyyat-poliqrafiya işləri, tədris prosesində əldə olunan məhsulun satışı ilə məşğul ola bilərlər.
|