Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Haiti zəlzələsində ABŞ izi
Uqo Çaves təkanları yeni gizli silahın sınaqdan keçirilməsi ilə əlaqələndirib

"Haitidə baş verən dağıdıcı zəlzələ ABŞ-ın yeni gizli silahını sınaqdan keçirməsinin nəticəsidir". Bunu Venesuela prezidenti Uqo Çaves bəyan edib. Bu bəyanatın əks olunduğu material Venesuela dövlət telekanalı "Vive TV"nin saytında yerləşdirilib. Burada göstərilir ki, Haitidə təqribən 140 min insanın həyatına son qoyan zəlzələ ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilən sınaqların nəticəsində baş verib. Həmçinin bəyanatda bildirilir ki, Birləşmiş Ştatlar tərəfindən həyata keçirilən təlimlərin məqsədi İslam reyimini devirmək üçün İrana gələcək hücumun hazırlanması olub. Haitidən söz düşmüşkən, ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama öz şəxsi bank hesablarından Haitidə baş vermiş dağıdıcı zəlzələnin qurbanları üçün 15.000 dollar məbləğində vəsait ayırıblar. "Associated Press" agentliyinin yaydığı xəbərə görə, Ağ Evin nümayəndəsi Coş Ernest bildirib ki, belə bir sərt iqtisadi şəraitdə milyonlarla amerikalıların baş verənləri kənardan seyr etməyərək səxavət nümayiş etdirməsi Obama ailəsini də ilhamlandırıb: "Yanvarın 12-də baş vermiş kütləvi zəlzələdən sonra yüz minlərlə evsiz, ac və çarəsiz qalmış haitililər üçün yardım gəlməkdədir".
Haitidəki dağıntılar eks-prezident Corc Buşu da bərk təsirləndirib. O bildirib ki, bu əzabın görüntüləri ürək ağrıdır. C.Buş Haiti xalqına mesayının olduğunu da deyib: "Dünya boyu insanlar sizin üzləşdiyiniz çətinliklərdən agahdır və həyatlarınız bizim üçün mühümdür". C.Buş haitililəri sakitliyə çağırıb: "Mən Haiti xalqının keçirdiyi hissləri tamamilə anlayıram. Amma ümid edirəm ki, Haiti xalqı bilir ki, bizim hökumətimiz hərbçilər və Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyi ilə birgə əlindən gələni edir ki, sizə tez bir zamanda ərzaq, dərman və su çatdırılsın".
Sabiq ABŞ prezidenti vurğulayıb ki, onun narahatlığının səbəbi həm də şəxsidir.
Qeyd edək ki, 2005-ci ildə "Katrina" qasırğası və 2004-cü ildə Hind okeanında sunami kimi nəhəng təbii fəlakətlər Buş prezident olarkən böyük tələfatlara səbəb olmuşdu. Ağ evin keçmiş rəhbəri bu fəlakətlərdən mühüm dərslər öyrəndiyini deyib: "Haiti xalqı tək deyil. Dünya sizi qucaqlaya bilməz, lakin ayaq üstə yenidən durmaq üçün kömək göndərə bilər".


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 22.01.10 | Baxılıb: 326

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •