Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Dindar prezident
Obama çətin anlarında Allaha sığındığını bəyan edib

Birləşmiş Ştatlar prezidenti Barak Obama bəyan edib ki, Allaha inam çətin anlarda ona güc verir. "Bəzən məndən soruşurlar ki, nə üçün belə sakit görünürəm. Etiraf edim ki, hərdən mən o qədər də sakit olmuram. Elə vaxtlar olur ki, uğurlar elə də əhəmiyyətli görünmür, ünvanıma deyilən sözlər isə məni yaralayır. Mənə elə gəlir ki, bütün səylər boşa gedib, mən öz şübhələrimlə mübarizə aparmalı oluram. Bu vaxt məhz inam mənə sakit qalmaqda kömək edir" - deyə B.Obama Vaşinqtonda Baptist kilsəsində 300 dindar qarşısında bəyan edib. Qeyd edək ki, ABŞ prezidentinin çıxışı qaradərililərin vətəndaş hüquqları uğrunda hərəkatın liderlərindən Martin Lüter Kinqin doğum gününün ildönümü münasibətilə milli bayram ərəfəsində baş tutub. B.Obama bütün dindarları görkəmli təbliğçidən nümunə götürməyə çağırıb. O qeyd edib ki, ağır həyat şəraitlərində inama sığınmağı ondan öyrənib. "Kinq inanırdı ki, Allah çıxılmaz vəziyyətdən çıxış yolu tapmaqda kömək edir" - deyə Amerika prezidenti vurğulayıb. Bu barədə "Christian Post" saytı yazıb.
Qeyd edək ki, kilsədə B.Obama ilə yanaşı onun həyat yoldaşı və iki qızı da olub.
+  -  Çap 
Yerləşdirilib: 22.01.10 | Baxılıb: 344

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •