Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Yanukoviçdən Timoşenkoya məsləhət
"Qadındırsa, mətbəxə getsin"

Ukraynada prezident seçkilərinin birinci turunda üçüncü olmuş Sergey Tiqipkonun səsləri uğrunda gərgin və həlledici mübarizə başlayıb. Belə ki, baş nazir Yuliya Timoşenko rəsmi şəkildə bəyan edib ki, əgər prezident seçilərsə, onda keçmiş bankirə hökumətə rəhbərliyi təklif edəcək. O bildirib ki, seçkilərdə 13 faiz səs toplamış Tiqipko ilə onun proqramı arasında 90 faiz yaxınlıq var. Seçkilərin favoriti Viktor Yanukoviç də Tiqipkonu özünün ən yaxın tərəfdarı adlandırıb: "Mən hesab edirəm ki, gənc, praqmatik və istedadlı siyasətçi olan Tiqipkoyə səs verənlər bizimlə həmfikirdirlər. Əminəm ki, fevralın 7-də keçiriləcək ikinci turda onlar bizim arxamızca gedəcəklər".
S.Tiqipko isə arabir seçkilərdən sonra hakimiyyətdə təmsil olunmaq istəyində olduğunu qeyd edir. Ötən gün o, V.Yanukoviçlə, sonra isə baş nazirlə danışıqlar aparıb. O, müəyyən təkliflər olduğunu, lakin seçicilərinə namizədlərdən hansısa birinə səs verməyə istəmədiyini deyib. Daha radikal mövqeyi isə seçkilərdə 7 faiz səs toplamış Aseni Yasenyuk nümayiş etdirib. O, nə Yanukoviçi, nə də Timoşenkonu dəstəkləmək niyyətində olmadığını bildirib və digər naimzədləri də bu addımı atmağa çağırıb.
Yeri gəlmişkən, prezident seçkilərinin ikinci turunda mübarizə aparacaq V.Yanukoviç və Y.Timoşenko arasında "söz atışmaları" da davam edir. "Exo Moskva" radiosunun yaydığı məlumata görə, V.Yanukoviç Y.Timoşenkoya mətbəxə getməyi məsləhət görüb. O, Yuliyaya çox danışdığı üçün belə bir məsləhət verdiyini bildirib: "Hazırda Ukraynanın baş naziri səlahiyyətlərini icra edən Yuliya Tomoşenko qadın kimi mənasız mübahisələr edir. Hər şeydən əvvəl o, baş nazirdir və hər bir sözü üçün məsuliyyət daşımalıdır. Əgər o, qadındırsa, qoy mətbəxə getsin".
Kreslosunu təhvil verməyə hazırlaşan Ukrayna prezidenti Viktor Yuşşenkonun isə parlament seçkilərinə hesablanmış yeni siyasi blok yaratmaq üçün fəaliyyətə başladığı məlumatı yayılıb. "Kommersant-Ukraina" qəzetinin yaydığı məlumata görə, bloka "Bizim Ukrayna" Partiyası ilə birlikdə Ukrayna Millətçiləri Konqresi, Xristian Respublika Partiyası və bir neçə ictimai təşkilatın daxil olacağı dəqiqləşib və hazırda Ukrayna Xalq Partiyası ilə danışıqlar aparılır. V.Yuşşenko yanvarın 20-də 2009-cu ilin sonunda yaradılmış "Ukrayna Xalq Radası" adlı ictimai təşkilatın nümayəndələri ilə görüş keçirib və onları öz yanında görmək istədiyini bildirib. O, yaxın vaxtlarda parlamentin buraxılacağına əminliyini ifadə edib. "Ukrayna Xalq Radası"nın təmsilçisi Nikolay Porovski deyib ki, görüşdə yeni yaradılacaq blokun strukturu müzakirə edilib: "Növbəti addım "Ukrayna Xalq Radası"nın tərkibində siyasi partiyalar şurasının yaradılması olacaq. Rada ictimai təşkilat kimi fəaliyyət göstərməyə davam edəcək və onun nəzdində siyasi partiyaların konfederasiyası yaradılacaq. Seçkilərə milli-demokratik partiyaların bloku şəklində gedəcəyik. Bütün təşkilati məsələləri cümə günü keçirəcəyimiz qapalı toplantıda həll edəcəyik".
"Viktor Yuşşenko bundan sonra bir neçə il də Ukraynada prezident səlahiyyətlərini icra edə bilər". Belə bir proqnozla isə V.Yuşşenkonun seçki qərargahının rəhbəri Roman Bessmertnı çıxış edib. O bildirib ki, prezident seçkilərinin ikinci turu başa çatandan sonra V.Yanukoviç və Y.Timoşenko arasında uzun məhkəmə prosesi başlayacaq, onların heç biri digərinin qələbəsini tanımayacaq. Belədə isə hazırkı dövlət başçısı V.Yuşşenko uzun müddət prezident kimi səlahiyyətlərinin icrasını davam etdirəcək.
Öz növbəsində rusiyalı biznesmen Boris Berezovski Ukrayna vətəndaşlarının prezident seçkilərinin ikinci turunda "pis və lap pis" arasında seçim etmək məcburiyyətində qaldıqlarını vurğulayıb. Biznesmen "Levıy bereq" qəzetinə müsahibəsində namizədlərə şəxsi münasibətini də gizlətməyib. B.Berezovski bildirib ki, bütün hallarda Y.Timoşenkoya üstünlük verir: "Güman edirəm ki, son nəticədə məhz Timoşenko prezident seçiləcək". İş adamı 5 il əvvəl olduğu kimi üçüncü turun olacağını da istisna etməyib: "2004-cü il hadisələri ilə indi baş verənlər arasında sərhəd çox nazikdir".
+  -  Çap 
Yerləşdirilib: 22.01.10 | Baxılıb: 335

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •