Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Prezidentlərin üçtərəfli görüşü Soçidə olacaq
Yeni sənədin imzalanması istisna edilmir

Yanvarın 25-də Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Ermənistan prezidentinin rəsmi saytı məlumat yayıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə ediləcək. Rusiya dövlət başçısının mətbuat xidməti də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə görüşəcəklərini təsdiqləyib.
Qeyd edək ki, bu, son bir il üç ay ərzində Rusiya ərazisində üçtərəfli formatda baş tutacaq artıq dördüncü görüş olacaq. 2008-ci ilin noyabrında Moskvada keçən ilk görüş üçtərəfli bəyannamənin imzalanması ilə bitib. Burada münaqişənin nizamlanmasının ümumi prinsipləri həkk olunub. Sonrakı görüşlər konkret razılaşmalarsız bitib. Hazırda bəzi ehtimallara görə, tərəflər müəyyən konkret razılaşmalara yaxındır və Soçidə hər hansı bir yeni sənədin imzalanmasını istisna etmək olmaz. Hərçənd tərəflərin mövqelərinin hələ də çox uzaq olmasını və yeni görüşdən əhəmiyyətli irəliləyiş gözləməyin əbəs olmasını deyənlər də az deyil. Eyni zamanda, hazırkı fəallaşmanı Türkiyə-Ermənistan yaxınlaşmasıyla bağlayanlar da var.
Yeri gəlmişkən, üçtərəfli görüşlə bağlı regiona səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri ilk olaraq Yerevanda müzakirələr aparıblar. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin hazırkı mərhələsi, həmçinin prezidentlərin qarşıdakı görüşü barədə fikir mübadiləsi aparıblar. Ötən gün axşam saatlarında Azərbaycana gələn ATƏT-in Minsk qrupunun həmsədrləri hava limanında yurnalistlərə qısa müsahibə verməklə kifayətləniblər. Həmsədrlər Ermənistanda apardıqları məsləhətləşmələrini şərh etməyiblər, yalnız onu bildiriblər ki, regiona prezidentlərin növbəti görüşünü razılaşdırmaq üçün gəliblər. Fransalı həmsədr Bernar Fasyenin sözlərinə görə, görüşlərin nəticəsi ilə bağlı bir press-kommunike hazırlayacaqlar və bu sənədi veb saytdan götürmək mümkün olacaq. Vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 25-də Soçidə görüşünün keçiriləcəyi və görüşün formatı ilə bağlı sualları cavablandırmaqdan imtina ediblər.
Ümumiyyətlə, prezidentlərin Soçi görüşündə münaqişənin həlli ilə bağlı müsbət irəliləyişlər ola biləcəyinə inam azdır. Rusiya Siyasi Konyuktura Mərkəzinin eksperti Pavel Salin də bu qənaətdədir. O hesab edir ki, prezidentlərin görüşündə böyük irəliləyişə nail olunması güman edilmir. Lakin əlavə edib ki, Türkiyənin vasitəçilik səylərini genişləndirməsi sayəsində bu realdır: "Mən bu görüşdən hansısa böyük gözləntilərə ümid etməzdim. Hər halda nə qədər ki, Qarabağ nizamlanmasında yalnız Rusiya vasitəçi kimi çıxış edəcək, bu baş verməyəcək. Çünki son vaxtlar Türkiyə öz vasitəçilik ambisiyalarını bəyan edərək regionda Amerikanın birmənalı tərəfdarından güclü regional mərkəz roluna iddia edir". Ekspertin fikrincə, Türkiyənin fəallığı Rusiyanın da maraqlarına cavab verir. "Fikrimcə, münaqişənin nizamlanmasının sponsorları kimi təkcə Rusiya yox, həm də Türkiyə çıxış edərsə, hansısa dönüş ola bilər. Mənim bildiyim qədər Rusiya buna etiraz etməz, o, inhisarçı olmaq istəmir, çünki əgər inhisarçı olarsa, bu dəqiqdir ki, münaqişənin nizamlanmasına nail olmaq mümkün olmayacaq" -deyə Salin vurğulayıb.
Ekspertlər Rusiyanın da xeyli fəallaşdığını deyirlər. Onların qənaətincə, yeni ilin başlamasıyla Qarabağ münaqişəsinin nizamlanması işində sanki yeni mövsüm başlayır. Müşahidəçilərə görə, son günlərin diplomatik fəallığı ondan qabaqkı bir ay yarım ərzindəki durğunluqdan sonra xüsusilə qabarıq görsənir. Belə ki, moskvalı ekspert Vladimir Yevseyev hazırkı intensivləşməyə gətirən yolu belə təsvir edir: "Zənnimcə, hazırda danışıqlarda yeni raunddan söhbət gedir. Bu fəallaşmadan əvvəl biz nə görürdük? Faktiki proses dayanmışdı - həm Türkiyə - Ermənistan yaxınlaşması prosesi, həm də Qarabağ nizamlanması. Bu fonda Azərbaycandan yenidən güc yolu ilə həll haqda bəyanatlar səslənməyə başladı. Məncə, bu bəyanatlar hazırkı intensivləşməyə gətirən sanki son damla olub, yəni problemlə deyək yazda yox, məhz indi məşğul olmaq lazımdır. Bütün bu məsələlər isə o qədər qəlizdir ki, mütləq vasitəçi lazımdır və bu işdə ön plana həm Azərbaycan, həm Ermənistan, həm də Türkiyəylə yaxşı münasibətlərə malik Rusiya çıxır".
Digər moskvalı ekspert Aleksey Vlasov isə Qarabağ münaqişəsi ətrafındakı diplomatik canlanmanın səbəbini belə görür: "Çox güman Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş 5 rayonuyla bağlı hansısa razılaşmaların gerçəkləşdiriləcəyini ehtimal etmək olar. Buradakı diplomatik intensivləşmə onu göstərir ki, çox güman ki, bu istiqamətdə hansısa praktiki qərar çıxarılacaq".
Bir sıra ekspertlərə görə, Türkiyəylə sıx münasibətlər quran Rusiya Ermənistana bəzi rayonların boşaldılması işində müəyyən təsir göstərə bilər. Rayonlar azad olunarsa, Türkiyə üçün Ermənistanla sərhəddi açmaq siyasi baxımdan rahat olar.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 22.01.10 | Baxılıb: 269

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •