Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Mərkəz müdafiəçisinə ehtiyacımız var"
Vaqif Sadıqov Tural Nərimanovla Ruslan Abışovun sıradan çıxmasına görə narahatdır

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Bakının "Neftçi" klubunun baş məşqçisi Vaqif Sadıqov Peşəkar Futbol Liqasının rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının hazırlığı və seleksiya işləri haqda fikirlərini açıqlayıb.

- Komandanın hazırlıq prosesi necə gedir?

- Komandamız planlı şəkildə qış hazırlığını davam etdirir. Klubun rəhbərliyi tərəfindən bizə hər cür şərait yaradılıb. Komandamız gündə 2 dəfə olmaqla məşq edir, yoxlama oyunları keçiririk. Bu matçlarda bütün oyunçularımıza şans veririk ki, onlar bu görüşlərdə özlərini yaxşı tərəfdən göstərə bilsinlər.

- Artıq ilk yoxlama görüşünüzü keçirimisiniz. Bundan sonra daha neçə yoxlama oyununun keçirilməsi nəzərdə tutulub?

- Bundan sonra daha 3 və ya 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. Bu gün Türkiyə Superliqasında çıxış edən "Antalyaspor"la oyunumuz var. Ayın 25-də qarşılaşacağımız rəqibin kimliyi tam dəqiqləşməyib, lakin ehtimal var ki, bu, Rumıniya klublarından biri olacaq. Ayın 27-də isə Rusiya Premyer Liqasında çıxış edən "Amkar" ilə görüşümüz olacaq.


- Ukrayna "Çernomorets"i ilə oyunda baxışda olan 4 oyunçuya - Valeri Abramidze, Amadu Anta, Vladimir Voskoboynikov və Nikolay Alekseyevə özünü göstərmək imkanı verdiniz. Onlar haqqında qərar verilibmi?

- Seneqallı müdafiəçi Amadu Anta bizi qane etmədi, ona görə düşərgəni tərk edəcək. Digər üç futbolçu ilə işimizi davam etdirəcəyik və irəlidəki oyunlarda onları yenə sınamağı planlaşdırırıq.


- Bundan sonra hər hansı bir futbolçu ilə yollarınızı ayıra bilərsinizmi?

- Ola bilər. Qarşıdakı günlərdə komandaya baxışa futbolçular dəvət olunacaq. Bəzi mövqelərimizdə boşluqlar var, onları doldurmaq üçün yeni gələn futbolçuları sınaqdan keçirəcəyik. Bundan sonra komandadan gedəcək və ya qalacaq futbolçular barəsində son qərar veriləcək.


- Əsasən hansı mövqelərə yeni futbolçular transfer olunacaq?

- Bildiyiniz kimi, müdafiəçilər Tural Nərimanov və Ruslan Abışov ciddi zədəli olduqlarına görə mərkəz müdafiəçi mövqeyində oynayacaq futbolçuya ehtiyacımız var. Dayaq yarımmüdafiəçisi mövqeyində ciddi problemimiz var ki, biz də bunu həll etməyə çalışırıq. Həmçinin indiki 2 hücumçumuzdan daha səviyyəli ön xətt oyunçusu olsa, o mövqeyə də bir futbolçu götürə bilərik.


- Yeri gəlmişkən, Tural Nərimanov və Ruslan Abışovun vəziyyəti necədir? Onlar Unibank Premyer Liqasının startına kimi hazır ola biləcəklərmi?

- Tural Nərimanov yanvarın 18-də əməliyyat olunub və 2 həftədən sonra məşqlərə başlayacaq. Ruslan Abışıov isə ayın 11-də əməliyyat olunub və yanvarın 22-dən komandaya qoşulacaq. Buna baxmayaraq, Ruslan fərdi planla hazırlaşacaq. Premyer Liqanın başlanğıcına kimi onların hazır olacağını indidən deyə bilmərik. Onların özündən də çox şey asılıdır. İndiki vəziyyətdə bu futbolçuları əvəz edə biləcək oyunçuların axtarışına çıxmışıq. Qarşıda bizi çox ağır oyunlar gözləyir, ona görə də ciddi hazırlaşmalı və zəif mövqelərimizi gücləndirməliyik.
+  -  Çap 
Yerləşdirilib: 22.01.10 | Baxılıb: 262

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •