Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Protokollar Türkiyə parlamentindən geri götürülməlidir
Müxalifət "erməni açılımı"nın uğursuzluğa düçar olduğunu vurğulayır

"Erməni açılımı uğursuzluğa düçar olub və imzalanan protokollar etibarsızdır". Bunu Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal deyib. "CNN Türk"ün yaydığı xəbərə görə, CHP Rəyasət Heyətinin iclasında çıxış edən Baykal Ermənistan Konstitusiya Məhkəməsinin protokollar barədə qərarını şərh edib. Dəniz Baykal, həmçinin Ermənistan KM-nin hansı qərarı verməsindən asılı olmayaraq, açılımın Türkiyə parlamentində dəstəklənməyəcəyini vurğulayıb: "Onsuz da Ermənistan Konstitusiya Məhkəməsi belə bir qərar qəbul etməsəydi də, bu protokol Türkiyə Böyük Millət Məclisindən (TBMM) keçməyəcəkdi. Çünki Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq barədə fikirləşmir". Baykal qonşularla problemləri yox etmək üçün yola çıxan iqtidarın bu sahədə də uğursuz olduğunu deyib: "Qonşularla sıfır problem deyərək yola çıxırsınız, amma heç sıfırda da qala bilmirsiniz. Hətta mənfiyə doğru hərəkət edirsiniz. Sıfır problem deyə başladınız, mənfi 1 problem qarşısında qaldınız".
Müxalifət lideri AKP-nin açılım adıyla başlatdığı bütün faliyyətlərin də uğursuz olduğunu deyib: "AKP əməlli-başlı hazırlıq görmədən, dalında-qabağında nə var deyə baxmadan yola çıxır, açılım deyərək ictimaiyyət arasında dalğalanmalar yaradır. Amma bu dalğalanmalar da hamısı boş çıxır". Baykalın müavini, millət vəkili Onur Öymən isə bildirib ki, əvvəlcədən bu protokolların müzakirəsi də, imzalanması da son dərəcə yanlış idi və Türkiyənin ənənəvi dövlət siyasətindən kənara çıxmaq mənasına gəlirdi: "Biz ilk gündən bəri bu protokolların tamamilə yanlış və lazımsız olduğunu söyləmişdik". "Cihan" agentliyinin yaydığı məlumata görə, millət vəkili protokollarda Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilməsi və Qarabağ məsələsinin həllinə dair bir cümlə də olmadığını xatırladıb. Keçmiş səfir bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarında da işğal altındakı ərazilərin boşaldılması şərtinin bu ölkə tərəfindən heç vaxt qəbul edilməyəcəyi fikri əksini tapıb.
Onur Öymən protokolların taleyini parlamentə həvalə edən baş nazir Rəcəb Tayyib Ərdoğanı da tənqid edib: "Azərbaycan parlamentində "Qarabağ məsələsi həll edilmədən Ermənistanla əlaqə qurulmayacaq" demişdiniz. O zaman protokolları niyə imzaladınız? Türkiyə özünü çox çətin vəziyyətə salıb, yanlış iş görüb. İndi bu yanlışda israr etmədən protokolları parlamentdən geri götürmək lazımdır. Ermənistan işğal etdiyi torpaqlardan çəkildikdən sonra protokollar yenidən tərtib olunar və parlamentə təqdim edilər".
Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı da öz növbəsində Ermənistan KM-nin Türkiyə ilə imzalanan, iki ölkə arasında diplomatik əlaqələrin bərpasını, sərhədlərin açılmasını nəzərdə tutan protokollarla bağlı qərarına münasibət bildirib. Türkiyə mətbuatının yaydığı məlumata görə, Dövlət Bağçalı deyib ki, KM-nin bu qərarı ilə Ermənistan beynəlxalq hüquqa zidd mövqeyini və Türkiyəyə düşmən münasibətini dəyişməyəcəyini ortaya qoyub: "Bu, AKP hökumətinin və protokolların altında imza qoyan xarici işlər nazirinin utanc gətirən xidmətidir, onlar fiaskoya uğrayıblar. Ermənistan bu mövqeyi sərgiləməyə davam etdiyi halda Türkiyə Xarici İşlər Nazirliyinin protokollara bağlılığını bəyanlaması qəbuledilməzdir və qəribədir".
Dövlət Bağçalı deyib ki, AKP hökuməti səsvermə üçün Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi protokolları geri götürməli, protokolların Türkiyənin maraqlarına cavab vermədiyini rəsmən bəyanlamalı, türk millətindən üzr istəməlidir: "Bunu etmədiyi təqdirdə AKP hökuməti Türkiyənin qürurunu, etibarını və milli maraqlarını bilərəkdən ayaqlar altına atan bir hökumət kimi tarixdə qalacaq".
MHP-nin parlament fraksiyasının həmsədri Oktay Vural da eyni mövqedədir. Onun sözlərinə görə, Türkiyə Cümhuriyyətini idarə edən bir hökumət onun sərhədlərini tanımadığını bəyan edən Ermənistanla imzaladığı protokolları Böyük Millət Məclisində saxlaya bilməz: "Protokolların Məclisə göndərilməsi xəta idi, orada saxlanılması da xətadır. Hökumət necə olur ki, üzqarası olan protokolları hələ də Məclisdə saxlayır?! Hökumət belə məsələlərdə bir az dik durmalıdır. Bu hökumətin sayəsində qırılmayan onurğamız qalmadı". O, protokolları iki tərəfin - Ermənistan və Türkiyənin imzaladığını xatırladaraq aşağıdakıları söyləyib: "İmzalayan adam deyir ki, mən 1921-ci ildə imzalanmış Qars müqaviləsini tanımıram, soyqırımı iddialarından vaz keçmirəm. Hər hansı şərt qəbul etməyəcəklərini də hələ protokolların imzalanmasından əvvəl bildirmişdilər. Belə olan halda protokolların imzalanması Türkiyənin mənafelərinə zidd idi. Protokollar dərhal Məclisdən geri götürülməlidir. Protokolların Məclisdə qalması Türkiyənin Ermənistanın iradəsini qəbul etməsi deməkdir".


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 22.01.10 | Baxılıb: 328

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •