Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Ermənistan erməni soyqırımının tanınması prosesindən imtina etmək niyyətində deyil"
24 aprel yaxınlaşdıqca ermənilərin "ayağı yer alır"

"Ermənistan Türkiyə ilə münasibətlərində erməni soyqırımının beynəlxalq səviyyədə tanınması prosesindən imtina etmək niyyətində deyil". Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib. "Ermənistan prezidenti və XİN başçısı da bu məsələ ətrafında dəfələrlə öz fikirlərini bildiriblər. Ermənistan ermənilərin soyqırımı faktını və onun beynəlxalq səviyyədə tanınmasını şübhə altına almır və almayacaq" - deyə E.Nalbandyan "Azadlıq" radiostansiyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkiyə rəhbərliyi ilə yalnız ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib. "Bizim gündəliyimizdə başqa hər hansı məsələ yoxdur. Ermənistan hökuməti xalqın arxasında iş görmür. Biz həqiqətdə nə var, onu da bəyan edirik" - deyə o vurğulayıb. "Ermənistan və Türkiyə ilkin şərt olmadan danışıqlar aparmaq barədə razılığa gəliblər. Əks halda, biz danışıqlar aparmazdıq. Ermənistan-Türkiyə danışıqlarının gündıliyində şərtlərin olmadığını Türkiyənin baş naziri də təsdiqləyir. Lakin eyni zamanda o bildirir ki, gizlində hansısa şərt baş qaldıra bilər. Ancaq Rusiya, ABŞ və Fransa rəhbərlikləri buna yaxşı cavab veriblər" - deyə E.Nalbandyan vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq birlik Ermənistan və Türkiyənin diplomatik əlaqələrin qurulması və münasibətlərin inkişafı haqqında protokolları ilkin şərtlər olmadan ratifikasiya edəcəyini gözləyir. "Biz bu öhdəliyi üzərimizə götürmüşük. Ancaq tərəflərdən biri əngəl törədirsə, bu prosesi ləngidirsə, bu o deməkdir ki, prosesin müvəffəqiyyətsizliyə uğramasına görə bütün məsuliyyət onun üzərində qalacaq" - deyə E.Nalbandyan vurğulayıb.
"Əgər Türkiyə geriyə addım atsa, bu, təkcə Ermənistanla razılaşmanın pozulması olmayacaq, həm də aydın olacaq ki, Türkiyə beynəlxalq birliyə münasibətdə hörmətsiz mövqe nümayiş etdirir və etimadı itirəcək" - deyə Ermənistan XİN başçısı bildirib. O, Azərbaycan prezidenti İlham Əliyevin işğal olunmuş torpaqların nəyin bahasına olursa-olsun azad olunacağı barədə bəyanatına da toxunub. Onun sözlərinə görə, bu, Ermənistanı və "Dağlıq Qarabağ Respublikası"nı qorxuda bilməz. O qeyd edib ki, 2009-cu ildə danışıqlar prosesində irəliləyiş qeydə alınıb və 2010-cu ildə bü müsbət dinamikanı saxlamaq lazımdır. Bununla yanaşı o əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin süni sürətləndirilməsinə ehtiyac duymur. Nalbandyan bildirib ki, tərəflərin mövqeyində müsbət irəliləyiş olub, amma bu, dönüş nöqtəsinin qeydə alınması üçün kifayət deyil: "Əgər bizim eyni müsbət dinamikanı saxlamaq imkanımız olsa, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivini yaxınlaşdırmaq mümkün olacaq".
Yeri gəlmişkən, Türkiyə mətbuatında Ermənistanla protokollar məsələsi geniş müzakirə mövzusuna çevrilib. Məsələn, "Milliyət" qəzetinin köşə yazarı Semih İdizin dərc etdiyi məqalədə göstərilib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması nöqteyi-nəzərindən çox önəmli bir addım atılıb. Yəni Ermənistan Konstitusiya Məhkəməsi protokolları ratifikasiya edib: "Ancaq bu addım problemi həll etmək üçün kifayət deyil. Çünki AKP iqtidarı bilavasitə baş nazir Ərdoğanın sözləri ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını Qarabağ probleminin həllinə bağlayır. Ərdoğan bu yanaşmasını Rusiyaya son səfərində də əks etdirdi. Hökumətin Ermənistan açılımındakı ən zəif həlqəsi də budur. Çünki hökumət Azərbaycandan gələcək və Türkiyədə milliyyətçi müxalifəti hərəkətə gətirəcək olan reaksiyaları hesablaya bilmədən bu işə girişdi. Bu reaksiyalardan sonra da "Qarabağ ön şərti"ni ortaya atdı. Elə isə bu problemdən dolayı yolla bəhs edən protokolda belə bir ön şərt yoxdur. Xülasə, Yerevan hal-hazırda razılaşdırılan protokolların ruhuna uyğun şəkildə addım atarkən, Türkiyə getdikcə "əks cinahda" qalır. Çünki ABŞ, Rusiya və AB protokollarla Qarabağ problemi arasında birbaşa əlaqə olmadığını deyirlər". Müəllif əlavə edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ərdoğanın Moskvaya səfərindən sonra getdiyi Yerevanda bunu təkrarlayaraq açıq danışdı. Yurnalistlərin suallarına cavab verən Lavrov "Türkiyə ilə Ermənistanın bir an əvvəl diplomatik münasibət yaratmaları regionun faydasına olacaq. Məncə, bu iki məsələni süni şəkildə bir-birinə bağlamaq, doğru deyil" dedi. Göründüyü kimi, Vaşinqton kimi, Moskva da Qarabağ məsələsi ilə Türkiyə-Ermənistan konsensusu arasında birbaşa əlaqə yaratmır. Hətta bir addım qabağa gedərək yaradılan əlaqənin "süni olduğunu" deyir.
Bu, təbii ki, Türkiyə ilə Ermənistan arasındakı prosesi Qafqazdakı mənafeyinə görə Rusiyanın pozacağını gözləyənlər üçün xeyirli bir yanaşma deyil. Moskvaya bu nöqteyi-nəzərdən güvənən Bakının Lavrovun sözlərindən pərt olduğunu təxmin etmək heç də çətin deyil. Xülasə, AKP iqtidarı özünün başlatdığı, ancaq hələ də arxasını gətirə bilmədiyi bu prosesə görə sıxıntı yaşayacaq. Diaspora erməniləri də 24 aprel yaxınlaşdıqca, bu sıxıntının artması üçün əllərindən gələni edəcəklər".
Müəllif sonda bildirib ki, hökumət ya AKP-nin məclisdəki gücünə söykənərək bu protokolları təsdiq etdirəcək və beləliklə, Azərbaycanla münasibətlərdə təzyiq yenə yüksələcək və ya təsdiq etdirməyərək öz başlatdığı prosesi özü blok edəcək və bunun sıxıntılarını yaşayacaq: "Bu labirintdən Ankaranın siyasi və diplomatik uğurla çıxıb-çıxmayacağını bu yaxınlarda görəcəyik".


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 19.01.10 | Baxılıb: 328

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •