Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Hərtərəfli böhran
Ermənistanda iqtisadi çətinliklərə demokratiya və siyasət sahəsindəki sıxıntılar da əlavə olunub

İqtisadi çətinliklər və korrupsiya girdabında çabalayan Ermənistanda insan haqları ilə də bağlı vəziyyət qənaətbəxş deyir. Beynəlxalq təşkilatların keçirdikləri monitorinqlərin nəticələrinə görə, 8 ildir Ermənistanda demokratiyanın inkişafında irəliləyiş müşahidə olunmur. Ermənistan "qismən azad" ölkələrdən hesab olunur. Məsələn, "Fredoom House" təşkilatının yaydığı hesabata görə, ötən il olduğu kimi, bu il də Ermənistanda siyasi hüquqların qorunması 6 balla qiymətləndirilib. Bu isə əvvəlki göstəricidən 1 bal yüksəkdir.
Hesabata görə, vətəndaş azadlığının müdafiəsi bir qədər yaxşılaşıb. Hərçənd ekspertlər 2002-ci ildən bəri bu sahədə heç bir irəliləyiş görmür. Ermənistan bu göstəriciyə görə 7 mümkün baldan 4-nü alıb. 1 bal vətəndaşların hüquqlarının tam, 7 isə tamamilə müdafiə olunmadığından xəbər verir. İkinci qiymətləndirməyə görə, Ermənistan "qismən azad ölkə" siyahısına daxil edilsə də, həqiqətdə "qismən azad"la və "azad olmayan" arasında tərəddüd edir. Hakim Respublika Partiyasının sədr müavini Razmik Zoqrabyan "Freedom House"un hesabatının ölkəyə psixoloyi təzyiq göstərdiyini desə də, müxalifət nümayəndəsi hesabatın "yumşaq" olduğuna inanır. Ermənistanın Milli Konqresinin nümayəndəsi Aram Manukyan hesab edir ki, hesabat müəllifləri bu yolla ölkədə müsbət dəyişikliklər baş verəcəyinə ümid edirlər.
"Siyasi qüvvələrin qiymətləndirməsi bir-birindən fərqlənə bilər. Ancaq ildən-ilə Ermənistanda demokratiya inkişaf etmir və bu şübhəsizdir" - deyə "Transaprency İternational" Ermənistan təşkilatının icraçı direktoru Varuyan Oktanyan vurğulayıb. O qeyd edir ki, yaranmış vəziyyət biznes və siyasətin qovuşduğundan xəbər verir. Eyni adamlar həm siyasətlə, həm də bizneslə məşğul olurlar. Bu cür hesabatları hökumət nəzərə alsa da, vəziyyəti dəyişmək üçün addım atmır: "Biznes və siyasət ayrılmayana kimi nə vətəndaş azadlıqları və vətəndaş cəmiyyətinin qurulması baş verəcək, nə siyasi hüquqların müdafiəsində, nə də ki, normal seçkilər və korrupsiya ilə mübarizədə irəliləyiş olacaq".
Oktanyan bildirib ki, bu cür hesabatlara ciddi yanaşmaq və nəticə çıxarmaq lazımdır. Əks təqdirdə inkişaf əldə etmək mümkün olmayacaq: "Dəyişiklik keyfiyyətli olmalıdır. Ölkədə təxminən 70 siyasi partiya var, ancaq seçkilər normal keçirilmir. Biz yoxsul ölkələr qrupundan çıxmışıq və gəlirləri orta həddən aşağı olan ölkə hesab olunuruq. Ancaq iqtisadi modelimiz yüksək texnologiyalara əsaslanmır və müasirlik yoxdur. Bu cür şəraitdə isə buna nail olmaq mümkünsüzdür". Varuyan Oktanyan əlavə edir ki, məhz buna görə beynəlxalq təşkilatlar Ermənistana maliyyə yardımını azaldır: "ABŞ-ın "Minilliyin çağırışı" proqramı hesabat əsasında hansı ölkələrə yardım verəcəyinə qərar verir. Ötən ilin ortalarında Ermənistanın kənd yollarının düzəldilməsinə verilən vəsait kəsilib. İlbəil ABŞ-ın Ermənistana verdiyi yardım azalır və heç təəccüblənmərəm ki, bunun səbəbi məhz hesabatlardır".
Yerevan Mətbuat Klubunun rəhbəri Boris Navasardyan isə vurğulayıb ki, son 8 ildə Ermənistanda KİV-lərin sayı artsa da, keyfiyyətli dəyişiklik baş verməyib: "Son illər Ermənistanda informasiya sahəsinin genişlənməsi prosesi gedir - yeni televiziyalar yaranır, KİV-lərin texniki təchizatı yaxşılaşıb. Ancaq təəssüflər olsun ki, bu kəmiyyət göstəriciləri keyfiyyət dəyişikliyinə səbəb olmayıb. Müstəqil mətbuat olmadan demokratiya mümkün deyil. Bizdə məhz bu vəziyyətdir". "Helsinki Assosiasiyasının" Vanadzor bölməsinin rəhbəri Artur Sakunçun fikrincə, nə mətbuatda plüralizm, nə biznes və digər sahələrdə rəqabət, nə də müstəqil məhkəmə sistemi var. Başqa sözlə, demokratiyanın inkişafı üçün əsas mövcud deyil: "Məhkəmələr müstəqil fəaliyyət göstərmir və demək olar ki, notariat kontoru rolunu oynayırlar. Bizdə rəqabət yoxdur - avtoritarlıq və maliyyənin, iqtisadi və siyasi resursların kobud idarəçiliyi var". Artur Sakunç əmindir ki, yaxın gələcəkdə müsbət dəyişikliklər olacaq. Ermənistan vətəndaşları vəziyyətdən narazıdır və seçici fəallığının aşağı olması buna sübutdur. Ötən həftənin sonunda Ermənistan parlamentinə əlavə seçkilər keçiriləndə seçicilərin 75 faizi iştirak etməyib: "Dəyişiklik qaçılmazdır. Təzyiq nəinki xaricdən, həm də daxildən olacaq. Mən seçicilərin etinasızlığını ümidsizlik kimi yox, narazılıq kimi qiymətləndirirəm".
Varuyan Oktanyanın sözlərinə görə, ölkədə inkişaf ancaq idarəçilik üsulları dəyişiləcəyi təqdirdə olacaq: "Ermənistanda vəziyyət 70-ci illər Latın Amerikasını xatırladır. Hərbi xuntaların idarə etdiyi Argentina, Çili, Braziliya, Uruqvay, Boliviya, Peru kimi ölkələrin çoxu azaddır. Digər hissəsi isə qismən azad olsa da, göstəriciləri Ermənistandan daha yaxşıdır. Bu, optimist olmağa əsas verir. Bizim ciddi problemlərimiz var, ancaq bu cür sistemdə onları dəyişmək mümkün deyil. Hazırkı vəziyyət və iqtisadi model mövcud sistemin nəticəsidir".
Beləliklə, bu da daim insan haqları və demokratiyadan dəm vuran Ermənistan rəhbərliyinə layiqli cavab. Yaxşı olardı ki, bu hesabatı okeanın o tayında olan ermənipərəst qanunvericilər qabaqlarına qoyub diqqətlə nəzərdən keçirərdilər. Amerikalı senatorların bundan sonra daima insan haqlarını pozan, ölkəsinin vətəndaşlarının qanuna susayan Ermənistan rəhbərliyinə, separatçı Dağlıq Qarabağ reyiminə maliyyə yardımlarını dayandıracaqlarına yalnız ümid etmək olar.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 19.01.10 | Baxılıb: 336

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •