|
650 iş üzrə 1188329,6 manat cərimə tətbiq edilib
Ətraf mühitin mühafizəsi ilə bağlı 9 ay ərzində hüquqi, fiziki şəxslər, vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2502 akt və protokol tərtib edilib. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 760 icrası məcburi olan göstəriş verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 650 iş üzrə 1188329,6 manat məbləğində cərimə tətbiq edilib. Ondan 198494,69 manat artıq ödənilib. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, ətraf mühitə dəymiş ziyanla bağlı 554 iş üzrə 1227545,55 manat məbləğində iddia qaldırılıb. Bu vəsaitdən 51705,35 manat artıq ödənilib. İdarə və müəssisələrə 3006 iş üzrə 704808,48 manat məbləğində ödəmə tətbiq edilib və bu məbləğdən 393026,4 manatın ödənilməsi təmin olunub.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 82 işdən 36-na, məhkəmələrə göndərilmiş 130 işdən 46-na, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 424 işdən 68-nə baxılaraq müvafiq tədbirlər görülüb. Su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində 17 iş üzrə 108996,9 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 485 iş üzrə 386510,57 manat məbləğində ödəmə tətbiq edilib ki, ondan da 97981,7 manat ödənilib. Tədbir görülməsi üçün məhkəməyə göndərilmiş 1 işə, hüquqi mühafizə orqanlarına göndərilmiş 6 işdən 5-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 46 işdən 14-nə baxılaraq müvafiq tədbir görülüb. Atmosfer havasının mühafizəsinə gəlincə, 38 iş üzrə 15432,3 manat məbləğində iddia qaldırılıb. 1602 iş üzrə 185358,44 manat məbləğində ödəmə tətbiq edilib. Bu məbləğdən 173005,35 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 51 işdən 20-nə baxılaraq müvafiq tədbir görülüb. Torpağın mühafizəsi sahəsində isə 7 iş üzrə 1629,2 manat məbləğində iddia qaldırılıb. 65 iş üzrə 11313 manat məbləğində tətbiq edilmiş ödənişin ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün məhkəməyə göndərilmiş 2 işə baxılıb. Yerin təkinin mühafizəsi sahəsində də qanun pozuntuları aşkarlanıb. Ətraf mühitə dəymiş ziyanla bağlı 132 iş üzrə 995029,49 manat məbləğində iddia qaldırılıb. 49 iş üzrə 18953 manat məbləğində ödəmə tətbiq edilib və 16025 manat artıq ödənilib. Məhkəmə nəzarətçilərinə və məhkəmə mcraçılarına göndərilmiş 97 işdən isə 7-nə baxılaraq müvafiq tədbir görülüb. Tullantıların idarə olunması sahəsində isə 28 iş üzrə 1411 manat məbləğində iddia qaldırılıb və ödənilməsi təmin edilib. 804 iş üzrə 102573,47 manat məbləğində ödəmə tətbiq olunub ki, bu vəsaitdən 94601,35 manat artıq ödənilib. Məhkəmələrə göndərilmiş 1 işdən (ötən ildən qalanla) 8-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 119 işdən isə 10-na baxılaraq müvafiq tədbir görülüb. Qanun pozuntuları floranın mühafizəsi sahəsində də özünü göstərib. Dəymiş ziyanla bağlı 244 iş üzrə 64993,66 manat məbləğində iddia qaldırılıb və 32911,5 manatın ödənilməsi artıq təmin edilib. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 32 işdən 8-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 86 işdən 5-nə baxılaraq müvafiq tədbir görülüb. Faunanın mühafizəsi ilə bağlı isə 2 iş üzrə 75 manat məbləğində iddia qaldırılıb. Məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 21 işdən 11-nə baxılaraq müvafiq tədbir görülüb. Su Hövzələrində Bioloji Resursların artırılması və mühafizəsinə gəlincə, bu sahədə 86 iş üzrə 39978 manat məbləğində iddia qaldırılıb. Bu məbləğdən 9100 manat artıq ödənilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 30 işə, məhkəmələrə göndərilmiş 86 işdən 18-nə baxılıb.
HƏQİQƏT
|