Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"20 Yanvar xalqımızın milli azadlıq hisslərinin güclü olduğunu göstərdi"
Mübariz Qurbanlının fikrincə, bu faciə sovet reyiminin iç üzünü açdı

"Azərbaycanda baş verən hərəkat həqiqətən sovet dövlətinin dağılmasında kifayət qədər güclü rol oynayıb. 20 Yanvar hadisəsi sovet reyiminin iç üzünü açdı. Sübut olundu ki, çıxışların kəskinliyinə baxmayaraq, Pribaltikada, Ukraynada, Mərkəzi Asiyada, Gürcüstanda və Ermənistanda imperiya Azərbaycana qarşı olduğu qədər amansız tədbirlərə əl atmadı. Sovet reyimi ən müasir hərbi texnikanı əliyalın xalqımızın üzərinə yeritdi". Bunu YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib. O bildirib ki, xalqımız ötən əsrin əvvəllərində verdiyi şəhidlərin ruhu ilə silahlanaraq sovet imperiyasına qarşı mübarizə aparırdı. Amma sovet dövlətinin dağılması daha mürəkkəb proses idi və bu, əslində, 1980-ci illərin ortalarından başlamışdı. Artıq sovet dövlətindən ayrılmalar labüd idi və Kommunist Partiyasının Siyasi Bürosunda da baş verən hadisələr onu göstərirdi ki, Moskvanın özü də müəyyən səviyyədə sovetlər hakimiyyətindən imtina etməyə hazırlaşır. "Bu, yalnız Moskvanın daxili siyasətində yox, xaricə yönəlik siyasətində də özünü göstərirdi. Çünki dünyada elə proseslər gedirdi ki, Moskva sovet dövlətinin dağılacağını başa düşürdü. Buna görə də prosesi mümkün qədər uzatmaq istəyirdilər. 20 Yanvar Azərbaycanın müstəqillik addımlarının və imkanlarının daha aydın şəkildə ifadə edildiyi yer oldu" - deyən millət vəkili əlavə edib ki, 1980-cı illərin sonunda keçmiş sovet respublikalarında, o cümlədən də Azərbaycanda milli hərəkat başlanmışdı. 1987-ci ildən başlayaraq erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək istiqamətində ciddi-cəhdlər etməyə başladılar. Bu da təsadüfü deyildi. 1987-ci ildə Heydər Əliyevin sovet rəhbərliyindən istefaya göndərilməsi ermənilərin əl-qolunu açdı. Onlar yaranmış şəraitdən, Mixail Qarboçov və onun ailəsinin himayəsindən istifadə edərək Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birldəşdirmək üçün fəaliyyətə keçdilər: "Bu fəaliyyət erməni ideoloqu Aqembekyanın Fransanın "Humanite" qəzetinə verdiyi müsahibə ilə başlayır. Bu bir siqnal rolunu oynadı. Sonra isə Zori Balayanın azərbaycanlılara və türklərə qarşı yönələn cızmaqaraları erməni millətçiləri üçün ideoloyi mənbə rolunu oynamağa başladı. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı. Mixail Qorbaçov başda olmaqla Moskvada hakimiyyətdə olan dairələr Azərbaycanı cəzalandırmaq məqsədilə ölkəmizə qoşun yeridilməsinə və qanlı terror törədilməsinə nail olular. Ümummilli liderimiz Heydər Əliyev dərhal 20 Yanvar hadisəsindən sonra həyatı təhlükədə olsa da, Azərbaycanın Moskvadakı nümayəndəliyinə ailə üzvləri ilə birlikdə gələrək qanlı faciənin törədilməsində Mixail Qorbaçov başda olmaqla bütün günahkarların cinayətlərini dünyaya bəyan etdi".
M.Qurbanlı vurğulayıb ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi: "20 Yanvar hadisəsi xalqımızın milli azadlıq hisslərinin güclü olduğunu, o zaman Azərbaycana rəhbərlik edənlərin isə zəifliyini göstərdi. Bu hadisə xalqın müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi hakimiyyətin gözlənilməz və kifayət qədər sərt reaksiyası idi. 20 Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı Qarabağın ondan qoparılıb başqasına verilməsinə razı deyil. Bütün bunlar torpaqlarımızın əlindən alınmasına qarşı xalqın kütləvi etirazı idi. Bu baxımdan, 20 Yanvar hadisələri istiqlal mübarizəmizin zirvələrindən biridir. Qanlı yanvar hadisələrində ayağa qalxan xalqımızın yeganə tələbi Qarabağın əlimizdən getməməsi idi".
YAP icra katibinin müavini xatırladıb ki, 20 Yanvar faciəsinə rəsmi səviyyədə ilk dəfə Heydər Əliyevin təşəbbüsü və bilavasitə özünün işləyib-hazırladığı qərar layihəsi əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verildi. Ümummilli lider Heydər Əliyev 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyalarında dəfələrlə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı məsələ qaldırsa da, o vaxtkı Azərbaycan rəhbərliyinin xalqın taleyinə biganəliyi nəticəsində bu məsələ öz həllini tapmadı: "Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. Milli Məclisdə 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist reyimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı".


K.HACIYEV
+  -  Çap 
Yerləşdirilib: 16.01.10 | Baxılıb: 318

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •