Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Superliqa yenə "Digiturk"ün oldu
1-ci liqa matçlarının yayın hüququnu isə TRT aldı

Bugünlərdə Türkiyə Futbol Federasiyası tərəfindən (TFF) hərraca çıxarılan superliqa oyunlarının yayın paketinin sahibi müəyyən olub. Bu son illər superliqanın oyunlarını yayınlayan "Digiturk" kanalı olub. Beləliklə, önümüzdəki 4 ildə də superliqa matçlarını məhz "Digiturk" paketinə daxil olan "Liq.TV" kanalı yayınlayacaq. TFF-in binasında baş tutan hərrac olduqca maraqlı keçib. Təsadüfi deyil ki, hərrac 4 saat davam edib.
TFF tərəfindən ilkin qiymət kimi 214 milyon 300 min dollar müəyyənləşdirilmişdi. Bundan sonra isə "Türktelekom" şirkəti və "Digiturk" inanılmaz mübarizəsi yaşanıb. Sonda "Digiturk"ün təklif etdiyi 321 milyon dollarla "Telekom"çular da razılaşmaq məcburiyyətində qalıblar. Bununla da superliqa matçlarının yayın hüququ köhnə-yeni sahibinə qovuşub. Qeyd edək ki, superliqa oyunlarının canlı yayınlandığı A paketiylə yanaşı, B və C paketləri də öz yiyəsini tapıb. Maraq üçün qeyd edək ki, B paketinə superliqa matçlarından qısa görüntülər və 1-ci liqa matçlarının canlı yayını daxildir. B paketini TRT, C paketini isə "Türktelekom" alıb.
Hərracdan sonra yurnalistlərin qarşısına çıxan TFF başqanı Mahmud Özgənər bunları deyib: "Bu, inanılmaz rəqəmdir. Bütün bunlar həm də Türkiyə futbolunun inkişafda olduğunu göstərir. "Digiturk"ə təşəkkürümüzü bildiririk. 2000-ci illəri onlarla keçirdik. İndi isə 2010-cu illərin əvvəllərini də onlara keçirəcəyimiz məlum oldu. Yəqin ki, bu cür hərracdan sonra Türkiyə futbolunu tənqid edənlər susacaq. Bütün dünyanı alt-üst edən maliyyə böhrarına rəğmən yayın hüququna görə bu qədər pullar ödənildi. İnanıram ki, gələcəkdə də əl-ələ verərək Türkiyə futbolunun yüksəlməsi üçün çalışacağıq".
Sonda "Digiturk"un rəhbəri Ərtan Özərdən də yurnalistlər qarşısına çıxıb: "Düzünü desəm, bu cür rəqabətin yaşanacağını gözləmirdim. 9 ildir ki, TFF-lə birgə işləyirik. Yəni Türkiyə futbolunun inkişaf etməsi üçün biz də əlimizdən gələni edirik".
+  -  Çap 
Yerləşdirilib: 16.01.10 | Baxılıb: 311

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •