Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Heyliyə Popeskunun forması verildi
Tuqay "Qalatasaray"ın yeni transferini tərifləyib

Xəbər verdiyimiz kimi, "Qalatasaray" fasilə dövründə ilk transferini reallaşdırıb. Belə ki, "Cim-Bom" "Everton"dan avstraliyalı müdafiəçi Lukas Heyli heyətinə qatıb. Müdafiəçilyə 1,5 illik müqavilə imzalanıb. Bu arada vaxtilə "Blekbern"də L.Heyllə birgə forma geyən və artıq karyerasını başa vuran məşhur türkiyəli futbolçu Tuqay Kərimoğlu "Qalatasaray"ın yeni transferini dəyərləndirib: "Qalatasaray" çox gözəl müdafiəçi əldə edib. Onunla münasibətlərimiz əladır. İndiyə qədər də görüşürük. Vaxtilə "Liverpul"un da hədəfində idi. Amma transfer alınmamışdı. Avstraliya yığmasının da kapitanıdır. Düzdür, yığmada müdafiənin mərkəzində, İngiltərədə isə əsasən sağ cinahda oynayırdı. Bu bir daha sübut edir ki, o, müdafiənin istənilən mövqeyində rahat şəkildə oynaya bilər. Bundan başqa, Heyldə lider özəllikləri də var. Qısaca istər şəxsi həyatında, istərsə də yaşıl meydanda örnək götürüləsi bir şəxsdir". Daha sonra "Qalatasaray"ın hələ bir neçə mövsüm öncə L.Heyllə maraqlandığını xatırladan Tuqay sözünə belə davam edib: "Bu, İngiltərə mətbuatında da daim öz əksini tapırdı. Amma "Qalatasaray" həmin vaxt istəyinə çatmamışdı və Heyl "Vest Hem"ə üstünlük vermişdi. Bu da təbii qarşılanmalıdır. Çünki o, İngiltərədə ən çox sevilən oyunçuların başında gəlirdi və adanı tərk etmək istəmirdi. Onsuz da heyəti güclü olan "Qalatasaray" bu transferlə daha da gücləndi. İnanıram ki, ən qısa müddətdə azarkeşlər onu çox sevəcək".
L.Heylin "Cim-Bom"dakı həmyerlisi Hari Kyuell də bu transferə ən çox sevinənlərdəndir: "Heylin 32 yaşının olması kimisə narahat etməməlidir. O, vaxtilə Avstraliya yığmasının kapitanı olmuş oyunçudur və 15 ildir ki, İngiltərədə top qovur. Belədə karyerasını müzakirəyə çıxarmaq yersizdir. Axı "Qalatasaray"ın son illərdəki ən önəmli müdafiəçisi olan Popesku da Türkiyəyə gələrkən yaşı 30-u keçmişdi. Amma əldə etdiyi uğurlar ortadadır. İnanıram ki, Heyl ən qısa müddətdə bura uyğunlaşacaq".
Yeni transferin "sarı-qırmızılılar"a Avroliqa matçlarında kömək edib-etməyəcəyi də hələ ki, bilinmir. "Qalatasaray" artıq bu məsələni həll etmək üçün UEFA-ya müraciət edib. Öncə burda heç bir problemin olmayacağı deyilsə də, Heylin "Everton"un Avroliqadakı matçların protokoluna salınması bir qədər problemlərə yol açıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, müdafiəçi "aslan"da "4" nömrəli forma altında çıxış edəcək. Bilindiyi kimi, komandanın UEFA kubokunu qazandığı mövsümdə bu formanı məhz Popesku daşıyırdı.
+  -  Çap 
Yerləşdirilib: 16.01.10 | Baxılıb: 266

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •