Bu gün Moskvada "Birlik kuboku" turniri start götürür
Bu gün Rusiya paytaxtı Moskvada "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku" turniri start götürür. Apasport.az saytının məlumatına görə, 18-ci dəfə keçirilən turnirdə Azərbaycanı son ölkə çempionu "Bakı" təmsil edəcək.
Bu, paytaxtın eyni adlı təmsilçisinin kuboku ölkəmizə gətirmək üçün ikinci cəhdidir. 2007-ci ilin yanvarında Moskva turnirində debüt edən "Bakı" yarışın qrup mərhələsini adlasa da, 1/4 finalda yerli MOİK-in əvəzedicilərdən ibarət komandasına penaltilər seriyasında uduzmuşdu. Üç ildən sonra yenidən Rusiyaya yollanan bakılılar mükafatın üçüncü dəfə ölkəmizə gəlməsinə çalışacaq.
"Bakı" artıq Moskvadadır. Apasport.az saytının xəbərinə görə, "Kosmos" mehmanxanasında məskunlaşan komanda dünən səhər yeməyindən sonra bir araya gəlib. Paytaxt təmsilçisi dünən "Dinamo" maneyində ilk məşqinə çıxıb.
Xatırladaq ki, "Bakı" ilk oyununu, məhz burada Tacikistan çempionu "Vaxş"a qarşı keçirəcək.
A qrupu: "Dnepr" (Belarus), "Dordoy-Dinamo" (Qırğızısatan), "Metallurq" (Latviya), "Rubin" (Rusiya).
B qrupu: "Bakı" (Azərbayacan), HİK (Finlandiya), "Aktobe" (Qazaxıstan), "Vaxş" (Tacikistan).
C qrupu: "Dinamo" (Ukrayna), MTTU (Turkmənistan), "Levadiya" (Estoniya), Rusiya klub yığması
D qrupu: "Bunedkor" (Özbəkistan), "Ekranas" (Litva), "Daçiya" (Moldova), "Pünik" (Ermənistan).
16 yanvar (şənbə)
"Olimpiyski"
14:00. "Aktobe" (Qazaxıstan) - "HİK" (Finlandiya)
16:00. "Dinamo" (Ukrayna) - Rusiya klub yığması
18:00. "Ekranas" (Litva) - "Pünik" (Ermənistan)
20:00. "Rubin" (Rusiya) - "Metallurq" (Latviya)
"Dinamo"
14:00. "Vaxş" (Tacikistan) - "Bakı" (Azərbaycan)
16:00. "Levadiya" (Estoniya) - MTTU (Türkmənistan)
18:00. "Daçiya" Moldova) - "Bunedkor" (Özbəkistan)
20:00. "Dnepr" (Belarus) - "Dordoy-Dinamo" (Qırğızıstan)
17 yanvar (bazar)
"Olimpiyski"
14:00. "Bakı" - HİK
16:00. "Levadiya" - "Dinamo"
18:00. "Daçiya" - "Ekranas"
20:00. "Dordoy-Dinamo" - "Rubin"
"Dinamo"
14:00. "Aktobe" - "Vaxş"
16:00. MTTU - Rusiya klub yığması
18:00. "Pünik" - "Bunedkor"
20:00. "Dnepr" - "Metallurq"
19 yanvar (çərşənbə axşamı)
"Olimpiyski"
14:00. "Aktobe" - "Bakı"
16:00. MTTU - "Dinamo"
18:00. "Pünik" - "Daçiya"
20:00. "Rubin" - "Dnepr"
"Dinamo"
14:00. HİK - "Vaxş"
16:00. Rusiya klub yığması - "Levadiya"
18:00. "Bunedkor" - "Ekranas"
20:00. "Metallurq" - "Dordoy-Dinamo"
1/4 final
20 yanvar (çrşənbə)
"Olimpiyski"
14:00. D qrupunun qalibi - C qrupunun ikincisi
16:00. B qrupunun qalibi - A qrupunun ikincisi
18:00. C qrupunun qalibi - D qrupunun ikincisi
20:00. A qrupunun qalibi - B qrupunun ikincisi
Yarımfinal
22 yanvar (cümə)
"Olimpiyski"
17:00. Saat 16:00 və 18:00-da başlayan 1/4 final oyunlarının qalibləri
20:00. Saat 14:00 və 20:00-da başlayan 1/4 final oyunlarının qalibləri
Final
24 yanvar (bazar)
"Olimpiyski", 16:00.