Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Cənubi Qafqazda iki fövqəloyunçu qalıb
Bölgənin taleyini Türkiyə ilə Rusiya müəyyənləşdirməyə başlayıblar

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır". Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin "Sabah" qəzetinə müsahibəsində bildirib. "Nə qədər bu məsələni ayrılıqda həll etməyə çalışsaq da, bütün hallarda onların əlaqəsi var" - deyə baş nazir vurğulayıb. "Ermənistan-Türkiyə sərhəddi Ermənistan və Azərbaycan arasında münaqişə nəticəsində bağlanıb. Qoy, Qarabağın işğalına son qoyulsun. O zaman Ermənistanla Türkiyə arasında münasibətlər çox asan normallaşacaq. Qoy, erməni tərəfinin xoş məramı işğal olunmuş yeddi rayonun azad edilməsində özünü göstərsin. Yalnız bundan sonra müsbət inkişaf baş verə bilər" - deyə Ərdoğan vurğulayıb. Onun sözlərinə görə, Rusiya ATƏT-in Qarabağ nizamlanması üzrə Minsk qrupunun yeganə ölkəsidir ki, Ermənistana təsir göstərir. "ATƏT-in Minsk Qrupu Tlkələri arasında Rusiya Ermənistana təsir göstərən ilk Tlkədir. Sonra ABŞ və Fransa gəlir. Əgər Rusiya əməkdaşlıq etsə, nəticəyə tez nail olmaq olar" - deyə o qeyd edib. O həmçinin qeyd edib ki, Türkiyə tərəfi artıq müəyyən risqlərə gedib. "Biz Ermənistanla hava nəqliyyatını, Yerevan-İstanbul reyslərini açmışıq. Biz hava sərhəddini açmışıq, lakin quru sərhədlərin açılışı - bu başqa məsələdir" - deyə Türkiyənin baş naziri qeyd edib. Qeyd edək ki, rəsmi Moskva Türkiyə baş nazirinin Rusiyaya səfəri ilə bağlı açıqlama yayıb. "Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Tlkəmizə səfəri zamanı Rusiyanın baş naziri ilə səmərəli danışıqlar aparıb. Danışıqlar zamanı yüksək səviyyədə Rusiya-Türkiyə məsləhətləşmələrinin yeni mexanizminin yaradılması barədə prinsipial qərar qəbul olunub. Bu mexanizm - ali səviyyədə Əməkdaşlıq Şurasının yaradılmasıdır" - deyə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Andrey Nesterenko keçirdiyi mətbuat konfransında söyləyib. O, adı çəkilən Əməkdaşlıq Şurasının ilk iclasının Rusiya prezidenti Dmitri Medvedyevin Rusiya-Türkiyə diplomatik münasibətlərinin 90 illiyi münasibətilə Türkiyəyə bu il gerçəkləşəcək səfəri çərçivəsində baş tutacağını bildirib.
XİN rəsmisi həmçinin tərəflərin mövcud iqtisadi-ticarət əlaqələrinin durumu, aktual beynəlxalq və regional problemlər, Avropa təhlükəsizliyinin yeni arxitekturasının formalaşması perspektivləri, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması fonunda Cənubi Qafqazda durum, Yaxın Şərq münaqişəsinin nizamlanması, QDİƏT çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə etdiyini deyib: "Danışıqlarda energetika sahəsində iki Tlkənin birgə həyata keçirə biləcəyi layihələrə geniş diqqət ayrılıb. Bunlar "Cənub axını" və "Mavi axın-2" qaz kəmərləri, Samsun-Ceyhan neft kəməri, Türkiyə ərazisində atom elektrik stansiyasının tikintisi layihələridir. Səfər çərçivəsində Türkiyənin eneryi və təbii ehtiyatlar naziri Taner Yıldız ilə Rusiya baş nazirinin müavini İqor Seçin Türkiyə ərazisində atom elektrik stansiyasının tikintisində əməkdaşlıqla bağlı birgə bəyannamə imzalayıblar".
A.Nesterenko da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi çox aktual məsələdir və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlarda olduğu kimi, bütün maraqlı tərəflər arasında aparılan danışıqlarda da müzakirə olunur. Problemin xüsusi xarakterə malik olduğunu deyən XİN rəsmisi münaqişənin nizamlanma prosesinin çox incəlikləri olduğunu deyib: "Buna görə də danışıqlar və məsləhətləşmələr davam edir və tərəflər real zaman reyimində danışıqların gedişi ilə bağlı kütləvi informasiya vasitələrini məlumatlandırırlar".
Qeyd edək ki, tarixən rəqib olmuş Türkiyə ilə Rusiya arasında münasibətlərin istiləşməsi müəyyən təəccüblə qarşılanmaqdadır. Belə ki, bu növ dəyişiklik Cənubi Qafqaz kimi regionlarda siyasi dinamikaya da ciddi təsir göstərir. TÜRKSAM Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan Türkiyə ilə Rusiya arasında misilsiz yaxınlaşmanı şərh edərkən bildirib ki, son 500 ildə iki dövlət arasındakı münasibətlər zirvə nöqtəsinə yüksəlib. Onun sözlərinə görə, bu əməkdaşlıq daha çox özünü iqtisadi-ticari müstəvidə biruzə verir. İqtisadi əlaqələrin strateyi işbirliyi səviyyəsinə yüksəldiyini qeyd edən türk ekspert artıq birgə layihələrə üçüncü tərəflərin də qatıldığını və əməkdaşlığın çoxtərəfli xarakter aldığını önə çəkib.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 16.01.10 | Baxılıb: 270

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •