Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinə etiraz edilib
Dünən Norveç Krallığının Azərbaycandakı səfiri Yon Ramberq və ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunublar. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər nazirinin müavini Vaqif Sadıqovla keçirilən görüşlərdə cari ilin 12-13 yanvar tarixində Norveç Krallığının və ABŞ-ın Azərbaycandakı səfirliklərinin diplomatlarının Naxçıvan Muxtar Respublikasına səfəri və səfərin yekunları ilə bağlı səfirliklərin 13 yanvar tarixli mətbuat üçün birgə açıqlaması müzakirə olunub.
V.Sadıqov qeyd olunan məsələ ilə əlaqədar araşdırmaların aparıldığını bildirib, Norveç və ABŞ diplomatlarının bu səfər zamanı akkreditə olunmuş ölkədə davranış normalarına zidd və 1961-ci il "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətləri ilə bağlı Azərbaycan tərəfinin narazılığını bildirib. Bəzi dövlətlər tərəfindən Azərbaycanda baş verən ayrı-ayrı hadisələrin məhz insan haqlarının pozulması kimi qələmə verilməsi və belə halların siyasiləşdirilməsi cəhdləri qəbuledilməz hal kimi qiymətləndirilib. Xarici diplomatların belə hərəkətlərinin ölkələrimiz arasındakı münasibətlərin səviyyəsinə uyğun olmadığı və onların inkişafına xələl gətirə biləcəyi barədə xəbərdarlıq edilib.
Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində üzərinə götürdüyü bütün öhdəliklərin, o cümlədən ölkədə akkreditə olunmuş diplomatların təhlükəsizliyinin təmin edilməsi öhdəliyinin həyata keçirilməsinə sadiq olduğu nəzərə çatdırılıb.
+  -  Çap 
Yerləşdirilib: 16.01.10 | Baxılıb: 258

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •