|
Moskvada hesab edirlər ki, Tbilisi terrorçu hazırlayır
"Gürcüstanda xarici təlimatçılar Rusiya ərazisində terror aktlarının həyata keçirilməsi üçün terror qrupları hazırlayırlar". Bu barədə Rusiya xarici işlər nazirinin müavini Arkadi Yedelyov məlumat verib. "Rusiya Federasiyası ərazisində terror aktlarının həyata keçirilməsi üçün Gürcüstanın hərbi bazalarında xarici təlimatçıların rəhbərliyi altında terror qrupları hazırlanır" - deyə A.Yedelyov Vladiqafqazda keçirilən Şimali Osetiya DİN-in işinin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.
O qeyd edib ki, Şimali Qafqazda və ümumilikdə, Rusiyanın cənubunda sabitliyin pozulması üçün regionlar kimi Şimali Osetiya, İnquşetiya, Dağıstan, Çeçenistan, Kabardin-Balkar, Qaraçay-Çərkəz nəzərdən keçirilir. "Dini ekstremizmə qarşı mübarizəyə çağıran islam din xadimləri daha çox təhlükəyə məruz qalacaqlar" - deyə RF DİN başçısının müavini vurğulayıb. O deyib ki, Rusiyanın cənubunda beynəlxalq terrorizm təhlükəsi real olaraq qalır. "2009-cu ildə Şimali Qafqaz regionunda terror xarakterli cinayətlərin, o cümlədən partlayış və atışmaların sayı 19 faiz artıb və 637 hal təşkil edib" - deyə A.Yedelyov vurğulayıb.
Kamran
|