Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ünvanlı sosial yardımın kriteriyaları təkmilləşdirilməlidir
Hadı Rəcəbli fikirlərinə aydınlıq gətirdi

Məlum olduğu kimi, ötən ilin ortalarından etibarən ölkədə ünvanlı sosial yardımların verilməsində problemlər yaranıb. Bir neçə gün öncə bu məsələyə aydınlıq gətirməyə çalışan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin bu yöndəki açıqlamaları birmənalı qarşılanmayıb. Bəzi mətbuat orqanları istər komitə sədrinin, istərsə də ünvanlı sosial yardımların verilməsinə birbaşa cavabdehlik daşıyan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanına bir sıra ittihamlar səsləndirib. Bir müddət öncə səsləndirdiyi fikirlər ətrafında yaradılan ayiotaya münasibətini açıqlayan H.Rəcəbli istər özünün, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanına səsləndirilən ittihamların əsassız olduğunu vurğulayıb. Komitə sədri onun məlum fikirlərinin müxalif mətbuat və dairələr tərəfindən düzgün başa düşülmədiyi, qavranılmadığı qənaətindədir. H.Rəcəbli bildirib ki, sosial müdafiənin ünvanlılığı əslində sosial siyasətin mahiyyətidir. Eyni zamanda, sosial müdafiənin ünvanlılığı Azərbaycan dövlətinin sosial siyasətdə baş istiqamətlərindən biridir. H.Rəcəblinin sözlərinə görə, ümumiyyətlə, əvvəllər sosial müdafiədə bir ümumiləşmə var idi: "Məsələn, müəllimlər üçün işıq sərfiyyatı pulsuz idi. Müəllimin əri prokuror işləyirdi, ancaq həyat yoldaşına görə işıq pulu ödəmirdi. Və yaxud sahibkarın həyat yoldaşı müəllim işlədiyinə görə onlar işıq pulu ödəməkdən azad idi. Sonradan isə sosial müdafiədə aparılan islahatlar nəticəsində bu yanlış elementlərdən ünvanlılığa keçid edildi. Eyni zamanda, "uşaq pulu" deyilən məfhum da təxminən elə bu cür yanlış elementlərdən biri idi. Ölkədə bir milyon altı yüz min uşağa köhnə pulla 9 min manat pul verirdik. Əslində, bu pul onların həyatlarında əsaslı heç bir rol oynamırdı, cəmiyyətdə də bu, artıq pis qarşılanırdı. Ona görə biz yeni bir sistemə - ünvanlı sosial yardıma keçdik. Bu, dünyada mövcud olan model idi. Burada da yeni kriteriyalar - zəruri ehtiyac meyarı deyilən rəqəm müəyyənləşdirildi. Hansı ailələrdə real gəlirlər zəruri ehtiyac meyarından aşağıdırsa, onlara ünvanlı sosial yardımlar verilməsinə başlanılıb. Bütün bunlara baxmayaraq, yeni meyarlar imkan verir ki, əli, qolu, qıçı sağlam, işləmə imkanı olan adamlar da gəlib ünvanlı sosial yardım zənbilinə əlini salsınlar. Əlbəttə, bunun günahı da bu dediyim meyarların müəyyənləşməsindədir. Eyni zamanda, burada digər bir məqam da var. Ünvanlı sosial yardım məqsədilə vəsait ayrılır. Bu vəsait "uşaq pulu"na ayrılan vəsaitdən qat-qat çoxdur. Adamlar istəyirlər ki, ünvanlı yardıma düşsünlər və bu baxımdan da bu məsələdə bu cür narazılıqlar yaranır". Komitə sədrinin qeyd etdiyinə görə, bu narazılığın səbəbi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyil. H.Rəcəbli deyib ki, həmin qurum ünvanlı sosial yardımı üçünə verib, birinə verməyəndə sosial yardımdan kənarda qalan adamlar narazı qalır və əsassız söz-söhbətlər yaymağa başlayırlar: "Ona görə bu kimi hallar ünvanlı sosial yardımlarla bağlı müəyyənləşdirilmiş mövcud kriteriyaların bir daha təkmilləşdirilməsini zəruri edir. Hesab edirəm ki, bu kriteriyaların təkmilləşdirilməsinə çox böyük ehtiyac var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu sistemin təkmilləşdirilməsi üçün ardıcıl işlər görür. Bunu xüsusi vurğulamaq lazımdır. Onlar çalışırlar ki, bu təkmilləşmələr insanların maraq və mənafelərinə xidmət etsin. Düzdür, mən bir müddət öncə bildirmişdim ki, ünvanlı sosial yardımların gecikməsinin bir səbəbi də kompyuterləşmədir. Eyni zamanda, bu gün ünvanlı sosial yardımlar əsasən bankomatlar vasitəsilə verilir. Bunun özü də böyük bir məsələdir. Bununla belə, əlbəttə, bu məsələdə yubanmanın bir səbəbi də büdcədə bu məqsədə ayrılan vəsaitin qurtarması idi. Burada bir məsələni də qeyd edim ki, sosial işçilər bu məsələni yerlərdə araşdırarkən gördülər ki, nəzərdə tutulandan 30 faiz çox həmin kriteriyalara düşən insanlar var. Belə olan təqdirdə də ünvanlı sosial yardımların verilməsi dayandırıldı. Belə olan halda bəs bunu necə tənzimləyəsən? Bu, olduqca çətin bir məsələdir. Axı bu ünvanlı sosial yardıma düşən adamların sayını necə azaldasan? Azaltdın, o zaman yenə də narazılıq olacaq. Ona görə bu məsələlər bir daha çox ciddi şəkildə öyrənilməli, sistem təkmilləşdirilməlidir. Biz bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək olmalıyıq". Komitə sədri onu da bildirib ki, artıq ünvanlı sosial yardımların verilməsinə başlanılıb.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 16.01.10 | Baxılıb: 292

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •