|
Qazax Dövlət Dram Teatrında dramaturq Əhməd Orucoğlunun "Sonuncu seriya" tamaşasının məşqlərinə başlanılıb. Teatrdan verilən məlumata görə, müasir həyatdan bəhs edən yeni səhnə əsəri komediya yanrındadır. Tamaşada teatrın aparıcı aktyorlarından Nazilə Məmmədova, Hacı Hacıyev, Minayə İbrahimova, İlqar Hacıəliyev və başqaları oynayırlar. Qeyd edək ki, səhnə əsərinin quruluşçu reyissorları Saqif İsgəndərov və Musa Eyyubov, rəssamı Afiq Məmmədov, bəstəkarı Əməkdar incəsənət xadimi Eldar Mansurovdur. Tamaşanın yaz aylarında təqdimatı nəzərdə tutulub.
S.İBRAHİMOVA
|