|
Müğənni qara qüvvələrin köməyinə ehtiyac duymur
2009-cu ilin son ayları iki qızı ilə bağlı yayılan xəbərlərdən sarsılan Əməkdar artist Almaz Ələsəgərli psixoloq yardımı alır. Çətin məqamlarda falçı, cadugər qapısı döymədiyini bildirən xanım müğənni özünü köhnə fikirli qadınlardan hesab etmədiyini söylədi: "Bəzi qadınlar çətin vəziyyətlərdə cadugərlərə üz tutur, müşkülünün asan olması üçün müəyyən vasitələrə əl atırlar. Lakin mən bunun əleyhinəyəm, qara qüvvələrin köməyinə ehtiyac duymuram". Bəzi hallarda fal açdırdığını sözünə əlavə edən Almaz xanım bunu maraq xatirinə etdiyini bildirdi. Lakin o, cadugər əməllərindən bəhrələnmədiyini əminliklə söylədi. Hazırda psixoloq yardımı alan müğənni bunu ötən ildən qalan gərginliyi üzərindən atmaq məqsədi ilə etdiyini bildirdi. Xatırladaq ki, iki qızını gəlin köçürən Almaz xanımın haqqında xoşagəlməz söhbətlər yayılmışdı. Onun iki qızının ayrılmasının kökündə dayanan səbəblər böyük ayiotaya səbəb olmuşdu.
|