Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Tünzalə Ağayevanın səfərinə don geyindirirlər
Müğənni kimlərisə inandırmaq üçün məşhurlarla bir səhnəni bölüşmədiyini söylədi

Yeni il bayramı ilə əlaqədar "Mardan Palace" otelində keçirilən tədbirdə bir neçə dünya ulduzu ilə bir səhnəni bölüşən Əməkdar artist Tünzalə Ağayevanın Toni Brekstonla görüşə bilmədiyi bildirilir. Gəzən söhbətlərə görə, müğənnini başqa ölkəyə aparan səbəblərdən biri məhz bu görüş olub. Lakin müğənni dəvəti bu niyyətlə qəbul etmədiyini söyləyib: "Əvvəla bildirim ki, Yeni il bayramına həsr olunan konsert proqramında Rusiyadan Layma Vaykule, Türkiyədən Tarkan, Azərbaycandan isə mən olmuşam. Əvvəlcədən məşhur ulduz Toni Brekstonun iştirakının gözlənildiyi deyilsə də, bu baş tutmadı. Mənim onunla görüşməyim təbii ki, xoş olardı. Amma bu olmadı".
Səfərinə don geyindirənlərə gəlincə, müğənni tanınmış ulduzlarla bir səhnəni bölüşməyi normal qəbul etdiyini bildirdi. Onun fikrincə, Azərbaycan müğənnilərinin dünya ulduzları ilə bir səhnədə çıxış etmələrini hadisəyə çevirmək lazım deyil. Ona görə ki, bizim torpaq çox istedadlı ifaçılar yetişdirir: "Mən məşhurlarla bir səhnəyə kimisə inandırmağa görə çıxmamışam. Sadəcə, bu bir təklif idi və mən onu qəbul etdim. Qismət olsun, yaxın günlərdə bir neçə Avropa ölkəsinə səfərlərim olacaq".
Son zamanlar pop musiqisindən daha çox caz yanrına üstünlük verən ifaçı dinləyicisinin maraq dairəsini genişləndirməyin vacib olduğunu bildirdi. Onun fikrincə, əgər ifası buna imkan verirsə, niyə başqa yanrlarda oxumasın.
"Bu gün mahnı bazarında qalmaq üçün bəstəkar mahnıları oxumaq mütləqdir. Amma biz pop musiqisindən caza tədricən keçirik. Bu, həm də auditoriyamı genişləndirmək üçün atılan bir addımdır. Eyni zamanda, bu gün dünya dinləyicisinin marağını oxşayan yanrlardan biri cazdır. Amma bunu təqdimata peşəkar səviyyədə çıxartmaq lazımdır" - deyə müğənni bildirdi.
+  -  Çap 
Yerləşdirilib: 14.01.10 | Baxılıb: 210

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •