Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Avropadakı azərbaycanlı gənclər Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edəcəklər
Avropadakı Azərbaycanlı Tələbələr və Gənc Mütəxəssislər Forumu növbəti tədbir təşkil edəcək

Avropadakı Azərbaycanlı Tələbələr və Gənc Mütəxəssislər Forumu (FACE) özlərinin növbəti tədbirini təşkil edəcək. FACE-nin məlumatına görə, üç gün davam edəcək forum Belçikanın Brüssel şəhərində keçiriləcək. Forumun əsas məqsədi Avropa strukturları ilə tanış olmaq, Avropa Parlamentinin müxtəlif üzvləri və Avropa Birliyi rəsmiləri ilə görüşlər keçirmək, eləcə də onların bir-birləri ilə qarşılıqlı əlaqələrinə şərait yaratmaqdır. Sözügedən forumda Avropada təhsil alan və çalışan azərbaycanlı gənclər həm Avropa, həm də Azərbaycanın gündəliyində duran Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Azərbaycanın Avropaya inteqrasiyası və Avropanın ən yaxşı təcrübələrinin Azərbaycana gətirilməsi kimi məsələlər forumun əsas müzakirə mövzusudur. Məlumata görə, iştirakçılar forumun tam təfsilatı və proqramı ilə tanış ediləcəklər. FACE iştirakçıların yaşayış və qidalanma (gündə 3 dəfə) xərclərini qarşılayır. Lakin səfər xərclərini onlar özləri ödəməlidirlər. Qurum həmçinin hər hansı bir iştirakçıya viza əldə etmək üçün lazım olan rəsmi məktubla da yardım edə bilər. İştirakçıların seçimi onların forumda iştirakları üçün arqumentləşmə və motivasiya meyarları əsasında keçiriləcək. Forumun işçi dili ingilis dili olduğu üçün iştirakçılardan bu dili yaxşı bilmələri də tələb olunur. Forumda iştirak etmək üçün vətəndaşlar CV-lərini və motivasiya məktubunu qurumun internet ünvanına göndərməlidirlər.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 14.01.10 | Baxılıb: 342

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •