Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ötən il verilməyən ünvanlı yardımların ödənilməsinə başlanacaq
"Ötən ilin son üç ayının verilməyən ünvanlı sosial yardımlar bu ilin yanvarından ödənməyə başlanacaq. Bu vəsaitlər dövlət büdcəsindən ayrılacaq". Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Komitə sədri deyib ki, ünvanlı sosial yardımların verilməsi ilə bağlı mövcud təlimatlar daha çox insanın kasıb kimi müəyyənləşdirilməsinə rəvac verir. Onun sözlərinə görə, ötən il proqnozlaşdırılan rəqəmlər sonrakı təlimatlarla düz gəlmir: "Bu gün Azərbaycanda kasıblığın həddi kəskin aşağı düşüb. Ona görə də proqnozların müəyyənləşməsində təlimatın təkmilləşməsinə ehtiyac var. Düşünürəm ki, Dünya Bankının təcrübəsi nəzərə alınmaqla aparılan təkmilləşmə ünvanlı sosial yardım alan kontingentin sayını azaldacaq". Komitə sədri sosial müdafiənin bir sistemdən digər sistemə keçdiyini diqqətə çatdırıb: "Bu, transformasiya prosesidir. Yəni vaxtilə uşaq pulu deyilən məfhum ünvanlı sosial yardımla əvəz olunub. Burada məqsəd ünvanlılığın təmin olunmasıdır. Ünvanlılığı təmin etmək üçün isə kimlərin kasıb hesab olunması ilə bağlı əsasnamə müəyyənləşdirdilər. Bu əsasnamə 17 maddədən ibarət idi. Zaman-zaman bu maddələr təkmilləşdirildi. Bu proses davam etdirilməlidir".
H.Rəcəbli, həmçinin bu kontekstdə əhalinin az təminatlı hissəsi ilə işləyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çox ağır bir işlə məşğul olduğunu deyib: "Adamlarla üzbəüz qalmaq ağır məsələdir".
+  -  Çap 
Yerləşdirilib: 14.01.10 | Baxılıb: 245

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •