Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Respublika əhəmiyyətli yollarda tərəzilər qurulacaq
Azərbaycanda respublika əhəmiyyətli avtomobil yollarını ağır tonnaylı yük maşınlarının təsirlərindən qorumaq üçün tərəzilərin qurulması planlaşdırılır. Bu barədə "APA-Economics"ə "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, hazırda yalnız bir yerdə - Ələt-Masallı-Astara yolunun üzərində tərəzi qurulub. Bakı-Qazax, Bakı-Rusiya sərhədi avtomobil yolunun, eləcə də bir neçə digər istiqamətlərdə də tərəzilərin qoyulması nəzərdə tutulur. "Tərəzilər yolların müxtəlif hissələrində olacaq. Burada məqsəd yolların qorunmasına nəzarəti həyata keçirməkdir" - deyə P.Mürsəliyev vurğulayıb.
Hazırda respublika əhəmiyyətli yolların müxtəlif hissələrində nəqliyyat vasitələrinin hərəkətinə, yük normativlərinə əməl-etməməsinə nəzarət məqsədilə monitorinqlər aparılır. "Azəryolservis" rəsmisi onu da bildirib ki, normativindən artıq yüklənmiş nəqliyyat vasitələri yolların və körpülərin tez sıradan çıxmasına şərait yaradır. Bəzi hallarda sürücülər yol təhlükəsizlik müfəttişlərinin saxlama tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirirlər.
P.Mürsəliyev əlavə edib ki, ötən il ağır, normadan artıq yüklənmiş maşınların təsirindən Kür çayı üzərində (Şirvan şəhəri ilə Sabirabad rayonları arasında), Akuşka çayı (Salyan) üzərindəki körpülər, həmçinin Bakı-Qazax yolu üzərindəki 2 körpü sıradan çıxıb. Bu il yanvarın 26-da isə Ələt-Bəhrəmtəpə-Horadiz yolunun üzərində, Saatlı rayonunda bir körpüdə qəza vəziyyəti yaranıb, həmin yolun üzərindəki ikinci bir körpüdə də təhlükəli vəziyyət aşkarlanıb.
+  -  Çap 
Yerləşdirilib: 14.01.10 | Baxılıb: 253

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •