Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Sözün bitdiyi zaman"
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən yeni sənədli filmin təqdimatı keçirilib

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni - "Sözün bitdiyi zaman" adlı sənədli filmin təqdimatı keçirilib. Filmin ideya müəllifi Emil Hüseynli, quruluşçu reyissoru Nazim Şərbətovdur. Film ingilis və rus dillərində yayımlanacaq.
Təqdimat mərasimində çıxış edən "Trend" Xəbərlər Şirkətinin baş direktoru İlqar Hüseynov bildirib ki, film ermənilərin uzun illər azərbaycanlılara qarşı törətdiyi soyqırımından bəhs edir. Onun fikrincə, "Sözün bitdiyi zaman" adlı sənədli film ölkənin ümumi qələbəsinə hesablanıb. Baş direktorun sözlərinə görə, erməni vəhşiliklərindən bəhs edən belə filmlərin və kitabların sayının çox olması informasiya müharibəsində qalib gəlməyimizə kömək edəcək: "Bu filmin hazırlanmasında Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rolunu da xüsusi qeyd etmək lazımdır. Düşünürəm ki, ermənilərin törətdikləri cinayətlərdən bəhs edən uğurlu bir film alınıb. Bu münasibətlə filmin bütün yaradıcı heyətini təbrik edirəm". Filmin ideya müəllifi və layihənin koordinatoru Emil Hüseynli bildirib ki, "Sözün bitdiyi zaman" adlı sənədli filmdə Dağlıq Qarabağ münaqişəsinin reallıqları əks olunub. Onun sözlərinə görə, filmdə ilk növbədə ermənilərin uzun illər boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinin tarixi xronologiyası təqdim olunub. Eyni zamanda, erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı törədilən vəhşiliklər barədə məlumat verilib, erməni vəhşilklərinin şahidləri danışdırılıb.
Müəllif deyib ki, ermənilərin sülh və insanlığa qarşı törətdiyi cinayətlərin xarici ölkələrin telekanallarında nümayiş etdirilməsi üçün film rus və ingilis dillərində də hazırlanıb. "Filmin məqsədi ermənilər tərəfindən xalqımıza qarşı aparılan soyqırımı siyasətini və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır" - E.Hüseynli vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva isə deyib ki, Qarabağla bağlı hazırlanan, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, ermənilərin xalqımıza qarşı törətdiyi vandalizm, soyqırımıyla bağlı çəkilən filmlərin sayının artması hamımızı razı salır. "Bu istiqamətdə atılan hər bir addım çox müsbət qiymətləndirilən addımdır" - deyə millət vəkili bildirib. O əlavə edib ki, bugünkü və gələcək nəsillərimiz üçün belə filmlərin sayı çoxalmalıdır: "Son iki əsr boyunca baş verən hadisələri reallığı ilə gənclərimizə çatdırmalıyıq ki, öz tarixlərini dərindən bilsinlər. Dünyada filmin göstərdiyi təsirin əvəzini heç nə verə bilmir. Xaricdəki təbliğat üçün bu film çox gözəl bir işdir. İstərdim ki, bu film diaspor təşkilatlarına göndərilsin. Bu filmdə həm xarici yurnalistlərin dedikləri, həm faktlarla insanların başına gətirilən faciələr göstərilib".
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də ortaya qoyulmuş işdən razılığını ifadə edib: "Film çox yığcamdır və tarixi faktlara söykənir. Filmdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və erməni vandalizmi faktlarla əks etdirilir. Tək Qarabağ deyil, əsrlər boyu Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistandan azərbaycanlıların çıxarılmasını əks etdirir". V.Səfərli mətbuatı Qarabağ mövzusuna daha çox müraciət etməyə çağırıb: "Biz yurnalistləri dəvət edirik ki, bu sahəyə daha çox diqqət yetirsinlər. Bu bizim vətəndaşlıq borcumuzdur. Bugünkü Ermənistanla aparılan informasiya müharibəsindən qalib çıxmaq məhz mətbuat işçilərindən asılıdır".
V.Səfərli onu da deyib ki, fond builki layihələrdə elektron kütləvi informasiya vasitələrinə də üstünlük verməyə çalışacaq: "Həmçinin yurnalistlərin müsabiqələrində də bu sahəyə yer verəcəyik. Hər bir yurnalist istənilən yazısı ilə müsabiqələrdə iştirak edə biləcək. Müsabiqələr həm yurnalistlərin intellekt səviyyəsinin yüksəlməsinə, həm də onların sosial müdafiəsinin yaxşılaşmasına gətirib çıxarır. Novruz bayramında yurnalistlər üçün növbəti müsabiqə elan ediləcək. Yaxın günlərdə layihələr üzrə müsabiqənin istiqamətləri müəyyən olunub elan ediləcək".
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyib ki, erməni vandalizmi və Dağlıq Qarabağa dair çəkilən film kifayət qədər faktları özündə birləşdirir. Onun fikrincə, hər bir vətəndaş Dağlıq Qarabağ problemini beynəlxalq aləmə çatdırmaq üçün fəaliyyətini gücləndirməlidir. "Hər bir problemi - bulağın dağıdılması, məscidin dağıdılması, uşağın barmağının kəsilməsi, ananın öldürülməsini ümumbəşəri faciəyə çevirməliyik. Bu istiqamətdə müəyyən addımlar atmalıyıq, bizim işimiz haqq işidir və bu haqq işini dünyaya çatdırmalıyıq" - deyə Ə.Amaşov əlavə edib.


FUAD
+  -  Çap 
Yerləşdirilib: 13.01.10 | Baxılıb: 288

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •