Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Bizə qiymət diktə edən qonşularımız yoxdur"
Elmar Məmmədyarovu əmir Şeyx Hamad bin Xalifə Al-Tani qəbul edib

Qətər dövlətinin əmiri Şeyx Hamad bin Xəlifə Al-Tani bu ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib. E.Məmmədyarov Azərbaycan prezidentinin məktubunu əmirə təqdim edib. Məktubda iki dövlət arasında əməkdaşlıq əlaqələri və müştərək maraq doğuran məsələlərdən bəhs olunub. E.Məmmədyarov Qətərin baş naziri və xarici işlər naziri Şeyx Həmd ibn Casim ibn Cabarla da görüşüb.
"Azərbaycanın qaz ehtiyatı hazırda 2 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu rəqəm 5 trilyona qədər arta bilər". Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov "Al-Yazeera" telekanalına müsahibəsində bildirib. Nazir eneryi sahəsində əməkdaşlıq məsələsinə toxunaraq Azərbaycanın qonşu ölkələrlə fəal işlədiyini və Avropa ilə qaz əməliyyatlarını genişləndirməyi planlaşdırdığını vurğulayıb. "Bizə qiymət diktə edən qonşularımız yoxdur" - deyə nazir bildirib. Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında eneryi sahəsində əməkdaşlıq onilliklərlə ölçülür. "Bundan başqa bizim İrana qaz satışı barədə razılaşmamız var. Biz Türkiyə ilə ildə 4 milyard kubmetr qaz satışı barədə danışıqlar aparırıq. Avropa İttifaqına qədər qaz satışınının miqyasının artırılması ilə bağlı da danışıqlar aparılır" - deyə nazir bildirib.
Səfər çərçivəsində E.Məmmədyarovun Qətərin maliyyə və iqtisadiyyat naziri Yusif Hüseyn Kamal, Qətər Dövlətinin əmiri Şeyx Hamad bin Xəlifə Al-Tani, Qətər İnformasiya Birliyinin prezidenti, Qətər Əmirinin informasiya məsələləri üzrə müşaviri Şeyx Hamad bin Samir Al-Tani və "Al-Diyar Al-Qatari" şirkətinin icraçı direktorunun əməliyyatlar üzrə müavini İsa Al-Fadala ilə də görüşüb. Qətər Dövlətinin əmiri Şeyx Hamad bin Xəlifə Al-Tani ilə görüşdən sonra isə "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Höküməti arasında diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunmaları haqqında Saziş"in imzalanma mərasimi keçirilib.
Azərbaycan Beynəlxalq Bankı Qətərdə filial açmaq niyyətindədir. APA-nın məlumatına görə, bu barədə xarici işlər naziri E.Məmmədyarov bu ölkənin "Əl-raya" qəzetinə müsahibəsində bildirib. Nazir Azərbaycanla Qətər arasında birbaşa təyyarə reyslərinin təşkil olunması planının da olduğunu qeyd edib.


Kamran
+  -  Çap 
Yerləşdirilib: 13.01.10 | Baxılıb: 353

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •