Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ermənistanın Konstitusiya Məhkəməsi Sarkisyana tərəf durdu
"Sürix protokolları" ermənilərin əsas qanununa zidd deyil

Dünən Ermənistan Konstitusiya Məhkəməsində (KM) Türkiyə-Ermənistan protokollarının ölkə konstitusiyasına uyğun olub-olmaması ilə bağlı dinləmələr keçirilib. Məhkəmənin iclası açıq olub. Türkiyə-Ermənistan protokollarını və onun Ermənistan konstitusiyasına uyğun gəlib-gəlmədiyini öyrənəcək məhkəmənin sədri Vladimir Ovannisyan təyin edilib. Ermənistan prezidentinin nümayəndəsi kimi iclasda xarici işlər naziri Edvard Nalbandyan çıxış edib. Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutyunyan imzalanan protokolların Əsas Qanuna uyğun olub-olmadığına dair arayış hazırlamağı hakim Vladimir Ovannisyana tapşırıb. Çıxışlar dinlənildikdən sonra KM üzvləri yekun qərar çıxarmaq üçün müşavirə otağına keçiblər. Axşam saatlarına kimi davam edən müzakirələrin sonunda KM protokolların Konstitusiyaya uyğun olması barədə qərar çıxarıb. Qərarı elan edən KM-nin sədri Qaqik Arutyunyan qərarın qəti olduğunu və qərardan şikayət qəbul olunmayacağını bildirib. Qərar açıqlandıqdan sonra zalda "Satqınlar!", "Siz erməni deyilsiniz!" kimi qışqırıq səsləri eşidilib. Qeyd edək ki, Ermənistan Konstitusiyasına və "Beynəlxalq müqavilələr haqqında" qanuna əsasən, Ermənistan prezidenti imzalanmış beynəlxalq sazişlərin qanuna zidd olub-olmadığını müəyyənləşdirmək üçün Konstitusiya Məhkəməsinə göndərir. Məhkəmənin qərarı prezidentə təqdim olunduqdan sonra o, müqavilələri ratifikasiya etmək üçün parlamentə təqdim edir. Bundan sonra Xarici İşlər Nazirliyi ratifikasiya fərmanı hazırlayaraq imzalanmaq üçün prezidentə təqdim edir. Ratifikasiya fərmanına prezident və xarici işlər naziri imza atırlar. Ratifikasiya fərmanları tərəflər arasında mübadilə edildikdən sonra imzalanmış müqavilə qüvvəyə minmiş olur.
Lakin erməni cəmiyyətində protokollara ciddi etirazlar var. Belə ki, Konstitusiya Məhkəməsinin iclası ilə eyni vaxtda "Daşnaksütyun" Partiyasının mitinqi keçirilib. Mitinqdə əsas tələb imzalanan protokolların qanuna zidd olmasına dair qərar çıxarılması olub. Mitinqdə partiyanın Ali Orqanının sədri, parlamentin xarici əlaqələr daimi komissiyasının rəhbəri Armen Rustamyan da iştirak edib.
Yeri gəlmişkən, protokolların Ermənistan Konstitusiya Məhkəməsində təsdiqi Türkiyənin baş naziri Rəcəb Ərdoğanın Moskva səfəri ilə eyni vaxtda təsadüf edib. Moskvalı şərhçi Vladimir Yevseyev bunu təsadüfi saymır. Onun sözlərinə görə, hazırda Türkiyə-Ermənistan yaxınlaşma prosesi xeyli ləngiyir və sözügedən səfərlərlə bu prosesi canlandırmaq cəhdləri edilir: "Məncə, Türkiyə ilə Ermənistan arasındakı proses dayanıb və onu canlandırmaq üçün özünəməxsus yeni danışıqlar raundu başlanır. Hamı üçün aydındır ki, Ermənistanla nə isə bir razılığa gəlmək üçün Rusiyanı bu işə cəlb etmək lazımdır. Hazırda tərəflər özünəməxsus dalandadır - Türkiyə Azərbaycanı itirməmək və öz siyasi sifətini saxlamaq üçün Ermənistanın Qarabağ məsələsində güzəştə getməsini istəyir. Ermənistan rəhbərliyi çətin daxili vəziyyət üzündən güzəştlərə getmir və nəticədə sərhəd açılmır". Ekspertə görə, Rusiya Türkiyə-Ermənistan sərhəddinin açılışında maraqlıdır. Belə ki, onun Ermənistanda xeyli mülkiyyəti var və bu mülkiyyət açıq sərhədlər olsa, xeyli çox mənfəət verə bilər. Bu baxımdan Vladimir Yevseyevə görə, Moskva ümumən Ermənistanı dilə tutmaq istərdi, ancaq Yerevanın nə qədər güzəştə getmək imkanında olması haqda birmənalı fikir yoxdur. Digər ekspert Aleksey Vlasova görə, özünəməxsus siyasi alverin şərtləri ümumən məlumdur və indi işin praktik sahəyə çevrilməsi üzrə səylər göstərilir: "Çox güman, söhbət hələ də ilk addım kimi Ermənistanın Dağlıq Qarabağ ətrafında 5 rayonu qaytarmasından gedir. Lakin buna ilk növbədə Ermənistandakı daxili vəziyyət imkan vermir. Rusiya isə bu işdə daha mürəkkəb düstürü həll etməyə çalışır. Burada söhbət tək Bakıyla Yerevanın mövqelərinin yaxınlaşdırılmasına səy göstərməkdən getmir, Rusiya ilk növbədə öz vasitəçi rolunu əlində saxlamağa çalışacaq.
"ABŞ-la Avropa onun hərəkətlərini ciddi izləyir və ABŞ müəyyən məqamda təşəbbüsü əlinə keçirə bilər. Belə ki, daxildə problemlərlə üzləşən Obama hökuməti gurultulu diplomatik qələbəyə ehtiyac duya bilər. Ona görə bütün səyləri ancaq prezident Sarkisyanı güzəştlərə getməyə dilə tutmağa yönəltmək problemin primitivləşdirilməsi olardı" - deyə Aleksey Vlasov vurğulayıb. Düzdür, bəzi ekspertlərə görə, Rusiya Ermənistanla Türkiyə sərhəddinin açılmasından elə bir əhəmiyyətli mənfəət görməyəcək və onun Yerevana ciddi təsir göstərməsini gözləmək əbəs işdir.
Türkiyədə isə protokolların təsdiqi yönündə heç bir hazırlıq yoxdur. Bunu Türkiyə Böyük Millət Məclisi xarici işlər komissiyasının müxalif Cümhuriyyət Xalq Partiyasından olan üzvü Onur Öymən deyib. O.Öymən protokolların 2009-cu il oktyabrın 21-də hökumətdən TBMM-ə, TBMM aparatından xarici işlər komissiyasına göndərildiyini, ondan sonra heç bir addım atılmadığını söyləyib. Millət vəkilinin sözlərinə görə, protokollar heç komissiya üzvlərinə də təqdim edilməyib: "TBMM-də protokolların müzakirəyə çıxarılması istiqamətində heç bir meyil müşahidə olunmur. Əsas mövqe bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan bu protokollar təsdiqlənə bilməz. Biz bunu müzakirəyə belə açmarıq". CXP millət vəkilinin bildirdiyinə görə, Türkiyədə də belə narahatlıq var ki, "erməni soyqırımı" iddialarına güc veriləcəyi aprel ayı yaxınlaşdıqca, hökumətə protokolların təsdiqi yönündə təzyiqlər artacaq: "Hökumətin bu təzyiqlərə hansı həddə qədər dözə biləcəyini deyə bilmərəm. Amma məncə, hökumət də bu protokolları müzakirəyə açmağa cəsarət etməz".


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 13.01.10 | Baxılıb: 340

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •