Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Beşyaşlılar hazırlıq prosesini keçdikdən sonra məktəbə qədəm qoyacaqlar
Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə yönəlməməlidir

Artıq beşyaşlı uşaqlar orta ümumtəhsil pilləsinin ilk sinfinə məktəbə hazırlıq prosesini keçdikdən sonra qədəm qoyacaqlar. Məktəbə hazırlığın əsas məqsədi isə beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır. Amma məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir. Ümumiyyətlə, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir. Bu məsələlər Nazirlər Kabineti tərəfindən bu günlərdə təsdiqlənən "Məktəbə hazırlığın təşkili Qaydaları"nda öz əksini tapıb.
Qaydalara görə, beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir. Mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır. Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil üzrə kurikulum - "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı" əsasında həyata keçirilməlidir. Eyni zamanda, yeni nativ proqramlardan da istifadə oluna bilər. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloyi cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata keçirilməlidir. Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər. Uşaqları məktəbəqədər təhsil müəssisələrinə getməyən valideynlər üçün uşaqlarını məktəbə hazırlamaq istiqamətində maarifləndirilmək məqsədi ilə müxtəlif xidmətlər təşkil edilə bilər.
Qaydalarda məktəbə hazırlığın təşkili üçün müvafiq tələblər də qoyulur. Belə ki, məktəb təliminə hazırlanan uşaqların psixoloyi və psixofizioloyi xüsusiyyətləri öyrənilməli, məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsasları müəyyənləşdirilməli, gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətləri aşkara çıxarılmalıdır. Bundan başqa, uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəlikləri aparılmalı, istedadlı uşaqların aşkara çıxarılması, onların imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloyi xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlər görülməlidir. Uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır. Bundan başqa, məktəb təliminə hazırlıq mərhələsində şəxsiyyətyönümlü hazırlıq, müstəqillik, məsuliyyətlilik, fəallıq, təşəbbüskarlıq, başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq tələb olunur. Ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması, intellektual hazırlıq, obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı da önə çəkilməlidir. Uşaqların idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlar) yiyələnməsi də əsas istiqamətlərdəndir. Bu mərhələdə balacalar prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq kimi xüsusiyyətlərə yiyələnməlidirlər. Təlim prosesi sosial hazırlıq, yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı, böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsini, öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunmasını da əks etdirir. Mütəxəssislər hesab edirlər ki, uşaqların məktəbə hazırlığının təşkilində təlim prosesinin effektivliyini artırmaq üçün təlim məşğələlərində didaktik oyunların tətbiq edilməsi faydalıdır: "Tərbiyəçi uşağın oyuna olan marağından istifadə edərək, didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Didaktik oyunlar təlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur".
Qaydalara əsasən, məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin sayı 12 olmalıdır. Belə ki, Ana dili və bədii ədəbiyyat üzrə iş, Savad təliminə hazırlıq və nitq inkişafı, Ətraf aləmlə tanışlıq - təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi üzrə sahələrin hər birinə 1 məşğələ ayrılmalıdır. Azərbaycan (rus) dili üçün 2 məşğələ, sadə riyazi təsəvvürlərin inkişafı üçün 1 məşğələ nəzərdə tutulmalıdır. Həftəaşırı tövsiyə olunan təsviri sənət və kəsib yapışdırma, quraşdırma, gil işi sahələrinin hər biri üçün 1 məşğələ məsləhət görülür. Musiqi və Fiziki mədəniyyətin hər birinə isə 2 məşğələ nəzərdə tutulur. Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə isə 10 dəqiqə müəyyənləşdirilib. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi də keçirilməlidir: "Gün reyimi Təhsil Nazirliyi tərəfindən təsdiqlənən "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı"na uyğun olaraq təşkil olunur".
Məktəbəqədər təhsil müəssisələrinə gəlincə, Təhsil Nazirliyindən bildirilib ki, paytaxtda bağçalara cəlb olunmuş uşaqların sayı 4 min nəfər çoxalıb. Bu pillə üzrə əhatə səviyyəsi isə 26 faizi ötüb. Ötən il nazirliyin lisenziyası əsasında fəaliyyətə başlayan 6 özəl məktəbəqədər təhsil müəssisəsində hazırda 515 uşaq tərbiyə alır. Dövlət uşaq bağçalarının sayı isə 1604-dür. Bu bağçalarda 103617 uşaq tərbiyə olunur.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 13.01.10 | Baxılıb: 498

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •