Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Regionlardakı teatrların monitorinqi aparılacaq
Layihə Mingəçevir, Gəncə, Şəki və Qaxdakı teatrları əhatə edəcək

Regionlarda fəaliyyət göstərən teatrların monitorinqi aparılacaq. Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımovun sözlərinə görə, monitorinq Mingəçevir, Gəncə, Şəki və Qax rayonlarında fəaliyyət göstərən teatrları əhatə edəcək: "Monitorinq Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək. "Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində baş tutacaq. Layihənin əsas məqsədi regionlarda teatrların problemlərini aktuallaşdırmaq, ictimai maraqları və teatr sənətinin inkişafını gücləndirməkdir. Dörd ay müddətində həyata keçiriləcək layihə çərçivəsində əvvəlcə həmin teatrlarda monitorinqlər keçiriləcək, sonra isə ictimai müzakirələr aparılacaq. Regionlarda teatrların vəziyyətinin monitorinqini aparmaqla teatr prosesində idarəetmənin optimallaşdırılması, bu sahədə islahatların aparılmasına ictimai dəstək veriləcək. Teatr sahəsinin bütün yanrları və peşə istiqamətlərinin mövcud vəziyyəti öyrənilərək bu sənətin inkişafında ictimai təşəbbüslərin artırılmasına da yardım ediləcək. Eyni zamanda kadr hazırlığı və ixtisasartırma sisteminin hazırkı vəziyyəti öyrəniləcək. Bununla yanaşı, teatr binalarının təmiri və maddi-texniki bazanın hazırkı vəziyyəti müəyyənləşdiriləcək. Teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinin durumu öyrəniləcək. Teatr əməkdaşları ilə müzakirələr aparılacaq və təkliflər nəzərdən keçiriləcək".
X.Kazımovun sözlərinə görə, monitorinqlər başa çatdıqdan sonra Bakı şəhərində iki dəfə ictimai müzakirələrin aparılması nəzərdə tutulub: "Müzakirələrin Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin, tanınmış aktyorların, mədəniyyət xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Regionlarda teatrların problemlərinin öyrənilməsi və aparılan ictimai müzakirələrin yekunu olaraq bu problemlər aktuallaşdırılacaq".
Qeyd edək ki, hazırda respublikada fəaliyyət göstərən 27 dövlət teatrı və bu şəbəkəyə daxil olan digər qurumlar mövcuddur.
+  -  Çap 
Yerləşdirilib: 12.01.10 | Baxılıb: 268

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •