|
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında 2010-cu ildə iki yeni filmin çəkilişi nəzərdə tutulur. Kinostudiyadan verilən məlumata görə, bu filmlər "Bəşəriyyətin xilası" və "Tərsinə çevrilmiş dünya"dır. "Bəşəriyyətin xilası" filminin quruluşçu reyissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyevdir. Film hazırlıq prosesindədir. "Tərsinə çevrilmiş dünya" filminə isə reyissor Ənvər Əbluc Çingiz Hüseynovun ssenarisi əsasında quruluş verəcək. Qeyd edək ki, hər iki filmin çəkilişinə iki aydan sonra başlanılması planlaşdırılır. Ötən ildən yarımçıq qalan reyissor Eldar Quliyevin "İstanbul reysi" filmi artıq tamamlanmaq üzrədir. İlqar Nəcəfovun "Buta" adlı filmi üzərində də hazırda səsləndirmə işləri aparılır.
S.İBRAHİMOVA
|